Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

«Azəriqaz» Dövlət Neft Şirkətinin tabeliyinə verildi


«Azəriqaz» Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verildi. Prezident İlham Əliyevin iyulun 1-də imzaladığı «Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» sərəncamda belə deyilir.

Sənəddə tabeliyə verilmə neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə əlaqələndirilir.

Dövlət Neft Şirkətinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə tapşırılır ki, «Azəriqaz» Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsini və dövlət qeydiyyatına alınmasını təmin etsinlər.

Nazirlər Kabineti isə bir ay müddətində Dövlət Neft Şirkətinin nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.
XS
SM
MD
LG