Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Attestat ala bilməyənlərə kömək edilməlidir


Attestat ala bilməyənlərin valideynlərinin Təhsil Nazirliyi qarşısında aksiyası, 22 iyun 2009
Attestat ala bilməyənlərin valideynlərinin Təhsil Nazirliyi qarşısında aksiyası, 22 iyun 2009
Təhsil naziri Misir Mərdanov bu məqsədlə parlamentə dəvət ediləcək. Bunu iyunun 30-da Milli Məclisin növbədənkənar iclasında spiker Oqtay Əsədov deyib.

Deputatlar Siyavuş Novruzov, İqbal Ağazadə, Aydın Mirzəzadə və başqaları orta məktəblərin buraxılış imtahanlarından 20 min nəfərə yaxın məzunun keçə bilmədiyini deyiblər. Bu məzunlar attestat ala bilmədikləri üçün ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Deputatlar bu məzunlar üçün yenidən imtahan təşkil olunmasını təklif ediblər.

Spiker Oqtay Əsədov məsələ ilə bağlı Təhsil naziri Misir Mərdanovu parlamentə dəvət edəcəyini bildirib.

Təhsil naziri bundan əvvəl deyib ki, imtahan verən şagirdlərdən 77 faizindən çoxu attestat ala bilib. Nazir bu nəticələrin keçən ilki ilə müqayisədə yaxşı olduğunu deyib.

Həmçinin bax

Etiraz edənlər Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar
«Bu, Azərbaycan təhsili üçün böyük utancdır»
XS
SM
MD
LG