Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

«Gözləmirdim ki, rejim bu dərəcə qanlı hərəkətlərə əl atsın...»


Tehranda 20 iyun aksiyası
Tehranda 20 iyun aksiyası
«İran müxalifətinin uğur qazana biləcəyinə inanmaq üçün heç bir konkret, inandırıcı əlamət görünmür». Prezident seçkilərindən sonra İranda yaranmış siyasi vəziyyətə münasibət bildirən politoloq İlqar Məmmədov belə deyir:

«Hələlik müxalif fəaliyyət daha çox internet şəbəkələri, televiziya və radioda hiss olunur. Küçələrdə dünən bəzi toqquşmalar olsa da, insanların iştirakı əvvəlki qədər çox deyildi. İran siyasi sistemi elə qurulub ki, ona qarşı çıxış edənlər həmin prezidentin dövründə təqib olunacaqlar. Bu siyasi sistemin belə repressiv olması insanları vadar edir ki, onlar küçəyə çıxsınlar, hətta qalib gəlmiş prezidentə, onun təmsil etdiyi sistemə qarşı etiraz etsinlər».

İlqar Məmmədovun sözlərinə görə indi ən vacib məsələ Musəvinin harada olmasıdır:

«Haradadır məlum deyil və o belə passiv davranışını davam eləsə, yaxın saatlarda insanlara aydın perspektiv vədlər verməsə, bu hərəkat tədricən yatırdılacaq».

Politoloq Rasim Musabəyova görə İran hakimiyyəti qan bahasına özünü qoruyub saxlayır:

«Əslində bu davranışın məqsədi qorxu yaratmaqdır ki, insanlar ehtiyatlanaraq güc qarşısında geriyə çəkilsinlər. Açığı mən gözləmirdim ki, bu rejim bu dərəcə qanlı hərəkətlərə əl atsın. Ancaq biz indi bunu müşahidə edirik».

Rasim Musabəyov deyir ki, İranda etiraz edən insanların da səbrinin tükəndiyi artıq hiss olunur və onlar geriyə çəkilmək fikrində deyillər. O proqnoz verir ki, bundan sonra hakimiyyət yenə də qan tökməklə özünü qoruyacaq, ya da müxalifəti dinləyərək ədaləti bərpa edəcək.

İyunun 20-də Tehranda prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polis arasında olan toqquşmada azı 10 nəfər ölüb, 100-dən çox adamsa yaralanıb.
XS
SM
MD
LG