Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:47

Seçki yürüşündə milli şüarlara görə həbs


Marağada Musəvi tərəfdarı "Türk oğluyam, Türk oğluna dayağam" şüarı ilə. 9 iyun, 2009
Marağada Musəvi tərəfdarı "Türk oğluyam, Türk oğluna dayağam" şüarı ilə. 9 iyun, 2009
İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkakpur deyir ki, Marağada bir neçə şəxs həbs edilib. Onun sözlərinə görə, son həbs edilənlərdən onlar yalnız dördünün şəxsiyyətini dəqiqləşdirə biliblər. Onların arasında məktəb müəllimi Məcid Pəjuhfamdır.

Həkkakpur deyir ki, həbslərə səbəb azərbaycanlı fəalların iyunun 9-da İran prezidentliyinə namizəd Musəvini dəstək yürüşündə milli şüarlar qaldırması olub. Hüquq-mühafizə qüvvələri yürüşə müdaxilə edib və fəalları həbs ediblər.

Marağa, 9 iyun. Azerbaycanlı fəal "Azərbaycan milləti çəkməz bu zilləti" şüarı ilə
Assosiasiyadan verilən məlumata görə, mayın ortalarından bəri milli haqlarını tələb edən və keçmiş prezident Xatəminin azərbaycanlıları təhqir etdiyini göstərən video ilə bağlı etiraz edən onlarla milli fəal həbs olunub. Onlardan 21-i hələ də İran təcridxanalarında saxlanılır. 15 nəfər isə yaxın vaxtlarda azadlığa buraxılıb.

Uzun müddət ailə üzvlərinin taleyindən narahat olduqları Təbriz Universitetinin professoru Əlirza Fərşinin harda saxlandığı isə məlum olub. İrandan adının çəkilməsini istəməyən mənbənin deməsinə görə, professor hazırda Təbrizdəki təcridxanaların birində saxlanılır. Ancaq Əlirza Fərşi ilə hələ ki, nə vəkili nə də ailə üzvləri görüşə biliblər.

Yada salaq ki, İranın keçmiş prezidenti Xatəminin azərbaycanlılarla bağlı lətifə söyləməsi çox ciddi etirazlara səbəb olmuşdu. İranın ən müxtəlif bölgələrində yaşayan azərbaycanlılar etiraz aksiyaları ilə Xatəminin üzr istəməsini tələb edirdilər.
XS
SM
MD
LG