Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

«Ermənistandan istədiyimiz kompromis hazırlığını görmürük»


Araz Əzimov: «Biz yaranan vəziyyətdən asılı olaraq hərəkət etməliyik»
Araz Əzimov: «Biz yaranan vəziyyətdən asılı olaraq hərəkət etməliyik»
«Prezidentlərin Sankt-Peterburq görüşü ilə bağlı məsələlərin çətinliyi, əhəmiyyəti və mürəkkəbliyi o qədər çoxdur ki, o qədər vacibdir ki, bunların müzakirəsində əlbəttə ki, hər hansı bir dəyişikliklər baş verirsə, də bu proses çox yavaş sürətlə davam edir. Çünki, münaqişə olduqca mürəkkəbdir, lakin Azərbaycanın tutduğu mövqeyi çox aydın və konkretdir». Bunu iyunun 10-da Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, prinsiplərin əsasında qurulan bu cür mövqe hər kəsə bəllidir.

A.Əzimov deyib ki, Azərbaycanın bu mövqeyi müdafiə etmək potensialı çox böyükdür.

«Bu tək Azərbaycanın öz siyasi resursları deyil, ümumiyyətlə beynəlxalq cəmiyyətin də əsas tutduğu prinsiplərə riayət etməsi məncə ümumi faktorların sırasında vaciblərdən biridir. Digər bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin asanlıqla həll oluna bilməsi üçün ümumi dönüşün baş verməsi vacibdir», - deyən A.Əzimov qeyd edib ki, bu dönüş yəqin ki, Ermənistanın öz mövqelərinin strateji dəyərləndirilməsi nəticəsində baş verə bilər.

«Biz çox istərdik ki, Ermənistan bu məsələ üzərində götür-qoy eləsin, həm öz maraqlarını, həm regionda sabitliyin inkişaf etdirilməsində lazımı addımların atılmasına hazır olsun. Həmin addımlar da konkret olaraq ondan ibarətdir ki, münaqişənin həlli üçün üzərində işlədiyimiz prinsiplərin razılaşdırılmasında çətin məqamların həll olunması üçün atılası addımlardır», - deyə A.Əzimov vurğulayıb.

«Bunların sırasında bir neçə vacib məsələ var ki, onların həlli ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif olunub. Azərbaycan dövləti prinsipial səviyyədə strateji yanaşmada bu təkliflərdən razıdır. Bəzi elementlər də var ki, hələlik razılaşdırılmayıb. Ermənistan tərəfində biz hələ ki, istədiyimiz bu kompromisin hazırlığını görmürük. Bəlkə də bu ona görə baş verir ki, Ermənistanda ötən il rəhbərlik dəyişilib. Bildiyiniz kimi, ondan öncəsi mərhələlərdə müzakirələr davam edir və razılaşdırılırdı. Çünki, biz yaranan vəziyyətdən asılı olaraq hərəkət etməliyik. Hazırda Sankt-Peterburq görüşündə növbəti addımların effektivliyi ilk öncə Ermənistanın bu cür mövqeyinin inkişafından asılı olacaq», - deyə A.Əzimov əlavə edib.
XS
SM
MD
LG