Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:47

Azarkeşlər Foqtsun istefasını istəyir


Uels yığması ilə görüş 1-0 hesabı ilə qonaqların xeyrinə başa çatıb
Uels yığması ilə görüş 1-0 hesabı ilə qonaqların xeyrinə başa çatıb
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts istefa verməyə çağırılır. İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda Uels millisinə məğlub olan yığma beş oyundan sonra Dünya çempionatının seçmə qrupunda vur-tut 1 xal toplayıb.

Oyunu izləyən azarkeşlər qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən almaniyalı mütəxəssisi istefaya səsləyiblər.

Azarkeşlər həmçinin AFFA prezidenti Rövnəq Abdullayevin də istefaya getməsi barədə şüarlar səsləndiriblər.

Jurnalistlər isə oyun sonrası mətbuat konfransında Foqtsu boykot ediblər. Onlar alman məşqçi fikirlərini bildirməyə hazırlaşdığı vaxt konfrans zalını tərk ediblər.

Uels yığması ilə görüş 1-0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Edvars vurub.

XS
SM
MD
LG