Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:50

Medvedev və Putinin Qafqaz rəqabəti


Prezident Dmitri Medvedev İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurovu təltif edir. Moskva, 20 may 2009
Prezident Dmitri Medvedev İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurovu təltif edir. Moskva, 20 may 2009
Aslan Doukayev
Azad Avropa və Azadlıq Radiosunun Şimali Qafqaz redaksiyasının rəhbəri

Necə ola bilər ki, prezident Medvedev özünə əziyyət verib ölkənin ən qeyri-sabit və təhlükəli bölgəsinə - Şimali Qafqaza gəlsin, İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurovla görüşsün, amma gəlmişkən həmin bölgənin başqa liderlərini də yanına çağırıb görüşmək istəməsin?

Düzdür, Medvedevin ondan əvvəlki prezident Putinin təyin etdiyi Çeçenistan, Kabardino-Bolkariya və Dağıstan rəhbərlərini «yad etməməmsinin» qəsdən atılmış addım olduğunu söyləmək çətindir. Amma prezidentin təkcə - bir neçə ay qabaq təyin etdiyi «öz adamı» (hərçənd bu ifadə tam korrekt deyil) - Yevkurovla görüşməsi məhz qəsdən atılan addım kimi yozula bilərdi.

90 DƏQİQƏ VƏ 1 MİLYARD DOLLAR

Rusiya rəhbərliyi çox az adamın tanıdığı ordu polkovniki Yunus-Bek Yevkurovu - xalq arasında populyar olmayan Murat Zyazikovun yerinə qoymuşdu. Bundan sonra İnquşetiyada hökumətə qarşı çıxan yaraqlıların törətdiyi zorakılıqlar dramatik şəkildə artmışdı.

Rusiya prezidenti Medvedev İnquşetiyaya bu ayın əvvəli səfər etdi. Əvvəlcədən elan edilməyən həmin səfər zamanı Medvedevin İnquşetiya rəhbərliyi ilə saat yarımlıq görüşü onunla nəticələndi ki, o, yerli hökumətə 1 milyard dollar federal yardım boyun oldu, bununla da yerli rəsmilərin prezidentə sadiqliyini möhkəmləndirmiş oldu.

Yevkurovun Medvedevin adamı olması ehtimalları gücləndirən həm də odur ki, keçən ilin payızında İnquşetiya rəhbəri təyin edilməsindən sonra o, baş nazir Putin tərəfindən ancaq bir dəfə qəbul edilib, özü də bu görüş çox qısa olub. Halbuki İnquşetiya Rusiyanın ən kasıb, işsizliyin ən yüksək olduğu bölgələrindəndir, federal büdcə ayırmalarından çox asılıdır. İnquşetiyanın iqtisadiyyatı hətta müharibədən çıxmış Çeçenistandan da zəifdir.

PUTİNƏ GÜVƏN, ŞƏXSİ ORDU YARAT

Bəzən Rusiyanın ayrı-ayrı hökumət strukturları arasında rəqabət onların bölgələrdəki adamları arasında meydana çıxır. Bu çox incə rəqabətdir.

Məsələn, çeçen separatçılarının müftisi Əhməd Kadırov o vaxtkı prezident Putin tərəfindən Çeçenistan rəhbərliyinə gətiriləndə bir çoxları üçün bu «siyasi investisiyanın» Kadırovlara ayrı respublika liderlərindən artıq hakimiyyət verilib.

Vladimir Putin və Ramzan Kadırov, 20 mart 2009
Kadırov ailəsi öz şəxsi ordusunu yaratmağa (onlara el arasında «kadırovtsı» deyilir), hakimiyyətlərini həm yerli, həm də federal səviyyədə möhkəmləndirməyə, onlara təhlükə ola biləcəyi rəqiblərini sıradan çıxarmağa başladı.

Rusiya ordusunun Çeçenistandakı rəhbərləri bu qədər səlahiyyətin bir ailənin əlində cəmləşməsindən o qədər narahat olmağa başladı ki, bunu balanslaşdırmaq üçün yeni qruplar yaratdı. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə tabe olan həmin qruplara əsasən çeçenlər daxil idi. Həmin qruplar arasında ən çox tanınanları «Şərq» və «Qərb» batalyonları idi.

QAÇMAQLA CAN QURTARMAQ OLMUR

2004-cü ildə atası bomba partlayışında öləndən sonra hakimiyyətə gələn Ramzan Kadırov öz hakimiyyətini möhkəmləndirməyə başladı. Onun rəqibləri bir-birinin ardınca Çeçenistanda və Moskvada yoxa çıxmağa başladı. «Şərq» batalyonunun rəhbəri Yamadayev baş götürüb Rusiyadan qaçdı, bir müddət sonra isə Birləşmiş Ərəb Əmirliklərində xaricdən gələn qatillər tərəfindən öldürüldü. Yamadayev kimi Kadorovu tənqid edənlər Avropada da qətlə yetirilməyə başladı.

Düzdür, Kadırov bu qətllərdə əli olmadığını bildirir. Amma doğrudanmı onun deyilən hansısa sözlərdən narahat olmasına ehtiyac vamı? Onun hakimiyyəti çox möhkəm görünür. Ən azı o, baş nazir Putinə güvənə bilər. Putin Çeçenistan haqda tənqid səsləndirənlərin hamısını Rusiyaya qarşı qəsd planlarında ittiham edir.
XS
SM
MD
LG