Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:37

«Ən dəyərli prinsiplərimizdən əl çəkmək axmaqlıq olardı»


Cefri Gedmin: «Zaman dəyişir. Bəzi şeylər isə yox. Ən dəyərli prinsiplərimizdən əl çəkmək axmaqlıq olardı»
Cefri Gedmin: «Zaman dəyişir. Bəzi şeylər isə yox. Ən dəyərli prinsiplərimizdən əl çəkmək axmaqlıq olardı»
Vaşinqton ölkənin xarici siyasətində insan haqları və demokratiyaya əsas rol verilməsində tərəddüd edir. Dünyanın avtoritar liderləri bir çox sahələrdə yerlərini daha da möhkəmləndirirlər.

Bizim isə özümüzə məxsus olanları itirməyə vaxtımız yoxdur. Bizim əsas narahatlığımız İran və Rusiya sarıdandır. Hər bir halda ABŞ realist böyük sövdələşmələrə şirniklənir və burada biz dmeokratiya və insan haqlarını təhlükəsizliyə dəyişirik.

Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cefri Gedminin «International Herald Tribun»da dərc olunmuş «Haqlar» yazısında belə deyilir.

Müəllifə görə ilk baxışda bu fikir aldadıcı görsənə bilər. Bir tərəfdən biz mollaları nüvə silahından imtinaya dilə tutmaq üçün Rusiyanın köməyini istəyirik. Moskva Qafqaz və Orta Asiyada özünü bir daha təsdiq elədi. Biz Kremlə xoş oyunlarımıza son qoysaq Qərbin neft və qaza çıxışı azalacaq, eyni zamanda Əfqanıstandakı qüvvələrə təchizat daşınması üçün vacib olan tranzit yollarda maneə yaranacaq.

İran nüvə proqramı ilə bağlı məsələ də eyni ilə. Əgər mollalar bomba əldə eləsələr Yaxın Şərqdə qeyr-sabit silah yarışı başlayacaq. Tehranın nüvə çətiri altında özlərini təhlükəsiz hiss edən müxtəlif terror qrupları həvəslənəcəklər. Belə halda həbsdə olan jurnalistlər və qadın haqları kimi məsələlərə kim diqqət ayırmaq istər?

Cefri Gedmin yazır ki, bizim demokratiya və insan haqlarını itələyən tərəddüdümüzün başqa səbəbləri var. Maliyyə böhranı, Quantanamo ətrafında debatlar, indi də Britaniyada korrupsiya qalmaqalı belə bir sual qaldırır. Bizim öz vətənimizdə heç də hər şey yolunda getmirsə, biz kimik ki, liberal dəyərləri təbliğ edək?

Elə məsələni qarışdıran da budur. Əslində Qərbdə olan bizlər heç də digər ölkələrdə olanlardan daha comərd deyilik. Lakin bizim demokratiya sistemimiz comərddir. Bu müstəqil məhkəmələr, azad media və ədalətli seçki qutusudur. Bizim fərqimiz budur. Tarix göstərir ki, diktatorlarla tərəddüdlü əlaqələr bizim dəyərlərimizə xəyanət deməkdir.

«International Herald Tribun»da gedən yazıda müəllif belə bir sualla çıxış edir. Nə etmək lazımdır? Birincisi fərdi azadlığın ümumbəşəri dəyər olduğunu və demokratiyanın azadlıq və insan haqlarını qorumaq üçün ən yaxşı yol olduğunu iddia etməkdən əl çəkməməliyik. İran və Rusiya bizi onların daxili işlərinə müdaxilə etməkdə ittiham edəcəklər. Biz israr etməliyik, göstərməliyik ki, bizim azad mətbuat, müstəqil QHT-lər və insan haqlarına hörmətimiz digər ölkələrlə dialoqumuzun əsas hissəsidir.

Qərbdə bəziləri iddia edəcəklər ki, müəyyən ölkələr, onların mədəniyyətləri demokratiyaya sığmır. Buna inanmayın. İkinci Dünya Müharibəsindən sonra biz tez-tez Almaniyanın avtoritar genlərə sahib olduğunu və onların demokratik ola bilməyəcəklərini eşitmişik.

Yazıda deyilir ki, əlbəttə mədəniyyətlər fərqlidir. Liberal demokratiya əldə olunması üçün hər bir ölkədə vaxt tələb edir. Əgər Kreml və molla rejimi öz xalqlarının avtoritar qaydaları sevdiklərinə inanırlarsa niyə vətəndaş cəmiyyətinin boğulması və müstəqil medianın susdurulması üçün bu qədər çaba sərf edirlər?

İkinci isə səfeh, ölü debatlara aldanmayın. Gəlin İran və Rusiya ilə əlaqə quraq. Bu onsuz da baş verir. Lakin münasibətlər sadəcə böyük biznes və barışıq üzərində qurula bilməz. Keçən yay Berlində bir tanışım mənə dedi ki, almanlar cəsur gürcüləri dəstəkləyirlər, lakin heç kəs Rusiyanın müdaxilə etdiyi məsələyə risk etmir. Bu cür düşüncə bir çox dairələrə xasdır.

Müəllifin sözlərinə görə 1980-ci ildə Marqret Tetçer Varşavada olanda Britaniya diplomatlarını qətlə yetirilmiş polyak keşişinin qəbrini ziyarət etmişdi. Kommunist Polşasının azadlıq səsi Jerzi Popieluzko gizli polis tərəfindən öldürülmüşdü. Digər ölkələr də Britaniyanın bu addımından nümunə götürdülər. Bu cür jestlər çox güclü ola bilərlər. Prezident Obama bu yay Moskvaya səfər edəndə bunu nəzərə almalıdır.

Zaman dəyişir. Bəzi şeylər isə yox. Ən dəyərli prinsiplərimizdən əl çəkmək axmaqlıq olardı.

Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cefri Gedminin «International Herald Tribun»da dərc olunmuş «Haqlar» sərlövhəli məqaləsində belə yazır.
XS
SM
MD
LG