Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

«Mardan Palace»in açılışında heç bir lüksdən vaz keçilməyib


Antalyadakı «Mardan Palace» Oteli
Antalyadakı «Mardan Palace» Oteli
Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun Antalyadakı «Mardan Palace» Otelinin açılışında heç bir lüksdən vaz keçilməyib.

Aralarında məşhur Hollywood ulduzlarının da olduğu 600 qonağa nadir dəniz nemətlərindən, qaz ciyərindən, trüf göbələyinə, bildirçin ətindən özəl şərablara qədər olduqca bahalı bir menyu təqdim olunub. Tom Jones, Seal və Mariah Carey-nin səhnəyə çıxdığı açılış törənində atəşfəşanlıq, lazer və rəqs göstərilərini seyr edən dəvətlilər 45 kq ağ balıq kürüsü ilə bərabər Atlantik Okeanından gətirilən 950 ədəd nadir dəniz məhsulları yeyiblər.

«Mardan Palace» Otelin açılış gecəsində dəvətlilər üçün menyu xüsusi dəqiqliklə seçilib. Menyuda dünyanın ən bahalı kürüsü olan Mərsin ağ balığının «Beluqa» adlı kürüsü də yer alıb. Bundan başqa, menyuya Şimal Dənizi ağ balığının 45 kq kürüçü də olub.

Monica Bellucci, Sharon Stone, Richard Gere, Tom Jones, Mariah Carey, Paris Hilton və Seal kimi dünyaca məşhur insanların qatıldığı mərasimdə Atlantik Okeanından gətirilən yüz kilolarla olduqca nadir dəniz məhsulları daxil edilib.

İtaliyadan gətirilən 5 kq trüf göbələyi, Fransadan gətirilən 400 kq şokolad və 65 kq qaz ciyəri də menyudəki bahalı yeməklər sırasındadır. Bundan başqa yeməklərin hazırlanması üçün Türkiyədən 1 ton dana, quzu və toyuq əti, 10 min yumurta, 600 bildirçin alınıb. Mərasimdə qonaqlara 200 şüşə Chateau Mouton Rothschild, 200 şüşə Chablis Grand Cru şərabı verilib.

«Mardan Palace» Otelə 1,4 milyard dollar sərmayə qoyan Telman İsmayılov açılış mərasimi üçün də xeyli vəsait xərcləyib. 35 milyon dollara başa gələn açılış mərasimində Belçikanın LSE şirkəti atəşfəşanlıq və lazer işıqları, xüsusi səs sistemləri ilə maraqlı bir əyləncə qurub. 150 nəfərlik heyətin hazırladığı şou üçün avadanlıqlar 30 yük maşınında Antalyaya gətirilib. Yalnız lazer şounun dəyəri 2 milyon dollar xərclənib.


«Hürriyyət» qəzeti

XS
SM
MD
LG