Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:19

«Terrorçuluq maddəsi əlavə oluna bilər»


Prokurorluğun sözçüsü: «Bu və ya digər faktlar meydana çıxarsa, ictimaiyyətə ətraflı məlumat veriləcək»
«Hələlik biz bu maddələrlə cinayət işi başlamışıq. Ancaq istintaqın gedişində terrorçuluq maddəsi də əlavə oluna bilər».

Bunu «Azadlıq» radiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib:

«Hadisə bu gün baş verib. Bizim rəsmi məlumatımızda da qeyd olunduğu kimi, peşəkar əməkdaşlarımızdan ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Çox intensiv istintaq əməliyyat tədbirləri aparılır. Yəqin yaxın günlərdə təfərrüatlar açıqlanacaq. Təbii ki, əlavə olaraq bu və ya digər faktlar meydana çıxarsa, ictimaiyyətə ətraflı məlumat veriləcək».

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 13 nəfər ölüb, 13 nəfərsə yaralanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlandığı bildirilir.
XS
SM
MD
LG