Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

«Türk camesi» niyə bağlandı? (video)


«Türk camesi» kimi tanınan məscidin qarşısında dini mərasim. 30 Yanvar 2007
«Türk camesi» kimi tanınan məscidin qarşısında dini mərasim. 30 Yanvar 2007
Bakıda Şəhidlər Xiyabanının yaxınlığında «Türk camesi» kimi tanınan məscidin bağlanması bərpa işləri ilə bağlıdır.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

«Şəhidlər Xiyabanında yerləşən məscidin bağlanması orda təmir işləri ilə bağlıdır. Təmir işləri başa çatandan sonra məscid fəaliyyətini bərpa edəcək», - deyə komitənin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva bildirib.

Məlumatda o da bildirilir ki, Şəhidlər Xiyabanında, eləcə də məscidin yerləşdiyi ərazidə geniş bərpa işlərinin aparılması planlaşdırıldığı üçün məscidin fəaliyyətinin dayandırılması zərurəti yaranıb.

«Türk camesi» kimi tanınan məscid aprelin 25-də günorta namazından sonra bağlanıb. Məscid 1992-ci ildə Türkiyə Diyanət İşləri başkanlığı tərəfindən və Türkiyə dövlətinin maliyyə vəsaiti hesabına tikilib. 1996-cı ildə istifadəyə verilən məscid bir neçə il öncə təmir olunub.

Aprelin 26-da gecə saatlarından «Murtuza Muxtarov-190» ünvanında yerləşən «Məhəmməd Peyğəmbər» məscidini tamamilə sökməyə başlayıblar. Yasamal Rayon Məhkəməsi məscidin qanunsuz tikildiyini iddia edir.

2008-ci il avqustun 17- də baş verən partlayışdan sonra Bakıdakı «Əbu-Bəkr» məscidinin fəaliyyəti də məhkəmə tərəfindən dayandırılıb.

“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.

Video
Bakıda "Məhəmməd Peyğəmbər" məscidi sökülür
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid
XS
SM
MD
LG