Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Hillari Klinton sərhəd və Qarabağ məsələsinə mövqe bildirdi


ABŞ-ın Dövlət katibi Hillari Klinton
ABŞ-ın Dövlət katibi Hillari Klinton
ABŞ-ın Dövlət katibi Hillari Klinton Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb.

«Azadlıq» radiosunun Vüşinqton müxbirinin verdiyi məlumata görə, aprelin 22-də Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin keçirdiyi dinləmələr zamanı xanım Klinton Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına ABŞ hökumətinin dəstəyini ifadə edib.

«Mən inanıram ki, Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq və sərhədləri açmaq istiqamətində atdığı addımlar ümumi faciəvi tarixə qarşı çıxmaq üçün daha yaxşı şəraiti yaratmağa xidmət edəcək. Türkiyə və Ermənistan hökumətləri barışıq səyləri üçün Birləşmiş Ştatların dəstəyini və təşviqini istədilər. Bu istəyin ardınca həm prezident, həm də mən onlara tam dəstək verdik», - deyə H.Klinton bildirib.

ABŞ-ın Dövlət katibi Azərbaycan hökuməti ilə də danışıqların getdiyini bildirib:

«Biz həmçinin Azərbaycan hökumətini əmin etdik ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla Ermənistan arasındakı digər məsələlərin həlli ilə bağlı səylərimizi gücləndirəcəyik. Bildiyiniz kimi, Minsk prosesi var ki, biz tam olaraq onunla məşğul olacağıq. Biz artıq onun tərkib hissəsiyik. Biz Dövlət Departamentinin rəsmisini son üç həftədə iki dəfə Azərbaycana göndərmişik və ümid edirik ki, gələcək aylarda hansısa çözümə nail olacağıq».
XS
SM
MD
LG