Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Azərbaycan ABŞ-dakı səfirini dəyişir


Azərbaycanın ABŞ-dakı səfirliyi Foto: "Azerbaijan International"-azer.com
Azərbaycanın ABŞ-dakı səfirliyi Foto: "Azerbaijan International"-azer.com

Bu barədə “Azadlıq” radiosuna diplomatik mənbələrdən məlumat daxil olub. Məlumatı Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Ramil Hüseynli də təsdiqləyib. Cənab Paşayevin gələcək fəaliyyətini harada davam etdirəcəyi barədə hələlik rəsmi məlumat yoxdur.


Azərbaycanın Amerikadakı səfiri eyni zamanda Meksikada da akkreditə olunub.


İyunun 28-də Hafiz Paşayev Vaşinqtondakı Con Hopkins Universiteti nəzdindəki Pol Nitze Beynəlxalq Araşdırmalar Məktəbində vida çıxışını edəcək. Universitetin yaydığı məlumata görə, Hafiz Paşayev çıxışında Azərbaycanın dünya diplomatiyasındakı rolu, ABŞ-ın regiondakı siyasəti barədə danışacaq. O, həmçinin iyul ayında Amerikada nəşri gözlənilən "Racing Uphill" (Üzüyuxarı yarış) adlı kitabı barədə məlumat verəcək.


Görüşdə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisinin müavini səfir Stiven Mann da çıxış edəcək.


Hafiz Paşayevi Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə 1993-cü ilin əvvəllərində keçmiş prezident Əbülfəz Elçibəy tərəfindən təyin olunub. Bir çox səfirlərdən fərqli olaraq, Paşayev 1993-cü il iyununda hakimiyyət dəyişikliyindən sonra öz vəzifəsini qoruyub saxlaya bilmişdi. Paşayev hakim elitaya yaxınlığı ilə tanınır. O, prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın əmisidir. İxtisasca nəzəriyyəçi-fizik olan Hafiz Paşayev diplomatik fəaliyyətindən əvvəl Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. Cənab Paşayev Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin oğludur.



XS
SM
MD
LG