Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:40

Aclıq edən tələbələr onlara tibbi yardım göstərilmədiyini deyirlər


Tələbələrin iyunun 1-dən başlanmış aclıq aksiyası davam edir
Tələbələrin iyunun 1-dən başlanmış aclıq aksiyası davam edir

Müstəqil Azərbaycan Universitetinin (MAU) aclıq edən və bir neçə gün əvvəl 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən tələbələrindən Elnur Məmmədov «Azadlıq» radiosuna deyib ki, bu səhərdən etibarən onlara tibbi yardım göstərilmir: «Bizə deyirlər ki, dərmanları özünüz alın, başqa cür sizə yardım göstərə bilmərik. Özümüzü pis hiss eləyirik, amma tibbi yardım göstərmirlər». Elnur Məmmədov deyir ki, aclıq etdiyinə görə, onunla eyni xəstəxanaya yerləşdirilən tələbə yoldaşları Fərhad Sadıqov və Faiq Əliyevlə bağlı da vəziyyət eynidir.


Tələbələrin həkimi İradə Xanəliyeva isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, tələbələrə lazım olan hər cür xidmət göstərilib: «Onlar artıq özlərini yaxşı hiss edirlər və sabah evə buraxılacaqlar, əlavə tibbi yardıma ehtiyacları yoxdur».


Təhsil Nazirliyi qanunsuz tələbə qəbul keçirməsini əsas gətirərək MAU-nun lisenziyasını ləğv etdikdən sonra həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbi ilə iyunun 1-dən aclıq aksiyası keçirir.


XS
SM
MD
LG