Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Əli Babacan Ermənistanla danışıqlara münasibət bildirdi


Əli Babacan: «İşlər yaxşı gedir. İndiyə qədər önəmli məsafə qət etmişik»
Əli Babacan: «İşlər yaxşı gedir. İndiyə qədər önəmli məsafə qət etmişik»
İstanbulda başa çatan «Mədəniyyətlər İttifaqı» ikinci zirvə toplantısından sonra mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər naziri Əli Babacan üçüncü ölkələri ikitərəfli münasibətlərin inkişafına dəstək verməyə çağırıb.

«Türkiyə Ermənistan arasında aylardan bəri davam edən müzakirələr iki ölkə arasındakı münasibətlərin normallaşdırılması məqsədini güdür. Biz münasibətlərimizi normallaşdırmaq üçün bütün məsələləri masanın üzərinə qoymuşuq. Məsələləri əhatəli şəkildə həll etməyə çalışırıq. İşlər yaxşı gedir. İndiyə qədər önəmli məsafə qət etmişik və hər iki tərəfdə prosesdən məmnun olduğunu bildirir. Proses davam edərkən üçüncü ölkələr bu məsələlərə həssaslıqla yanaşmalıdır.

Hal-hazırda Qafqazda bir normallaşma prosesi yaşanır. Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasındakı Qarabağ problemini həll etmək üçün də danışıqlar prosesi davam edir. İki ölkənin prezidentləri indiyə qədər üç dəfə görüşüblər – bundan sonra da yeni görüşlər olacaqdır. Biz üçüncü ölkələrdən bu proseslərə dəstək vermələrini istəyirik. Çünki atıla biləcək olan bəzi səhv addımlar bu proseslərə ziyan vura bilər. Biz bunu dostlarımıza da deyirik. Bizim hədəfimiz Türkiyənin olduğu bölgəyə bütünlüklə sülhü gətirməkdir».
XS
SM
MD
LG