Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:42

Hillari Klinton İlham Əliyevə zəng edib?


«Ancaq hətta bu mesaj belə Azərbaycan prezidentini fikrindən döndərə bilməyib», - deyə qəzet yazır
«Ancaq hətta bu mesaj belə Azərbaycan prezidentini fikrindən döndərə bilməyib», - deyə qəzet yazır
ABŞ-ın Dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevə zəng edib onun İstanbula səfər etməsini istəyib.

Bu barədə Türkiyənin «Hürriyyət» qəzetinin ingilisdilli əlavəsi məlumat yayıb. Qəzetin yazdığına görə, xanım Klinton İ.Əliyevin İstanbulda keçirilən sammit ərəfəsində ABŞ prezidenti Barak Obama ilə görüşün ola biləcəyini də deyib. «Ancaq hətta bu mesaj belə Azərbaycan prezidentini fikrindən döndərə bilməyib», - deyə qəzet yazır.

Prezident Administrasiyasının Mətbuat Xidmətindən isə «Azadlıq» radiosuna deyiblər ki, ABŞ Dövlət katibi Hillari Klintonun İlham Əliyevə zəng vurması barədə hər hansı məlumata malik deyillər.

«Hürriyyət»in məlumatına görə, İlham Əliyevə ötən cümə də Türkiyə prezidenti Abdulah Gül zəng edibmiş.

Azərbaycandakı bəzi agentliklər bir neçə gün əvvəl İlham Əliyevin Türkiyəyə səfərdən imtina etdiyi barədə məlumat yaymışdılar. Həmin məlumatlarda qeyd olunurdu ki, İlham Əliyev belə bir addımı Türkiyənin Ermənistanla sərhədləri açması barədə yayılan məlumatlara etiraz olaraq atıb.

Aprelin 6-ı İstanbulda BMT-nın Qərb və islam ölkələri arasında anlayışı aşılayan forumu açılıb. İki gün davam edən forumu BMT Vətəndaşlıq Alyansı təşkil edib. Bu forumda ABŞ prezidenti Barak Obamada iştirak edir.

Azərbaycanı bu forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov təmsil edir.
XS
SM
MD
LG