Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Arabul darıxır


«Barmek» elektrik şirkətinin prezidenti Hüseyn Arabul
«Barmek» elektrik şirkətinin prezidenti Hüseyn Arabul
«Barmek» elektrik şirkətinin prezidenti Hüseyn Arabul hələ də Türkiyəyə gedə bilmir. Son Amnistiya aktı da ona şamil edilməyib. Belə ki «Barmek» prezidentinin ittiham olunduğu maddələrin bəziləri amnistiya aktına düşsə də, qərarın bir maddəsindəki qadağa onun bu şansdan istifadə etməsinə mane olub. Çünki həmin o bir maddə ağır cəza alanların amnistiya hüququndan istifadəsini yasaq edir.

2007-ci ilin sentyabrında Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə «Barmek» prezidenti Hüseyn Arabula 5 il şərti cəza verib. Məhkəmənin qərarıyla onun Azərbaycandan çıxmasına qadağa qoyulub. Bu səbəbdən o Türkiyədəki müəssisələrini Azərbaycandan idarə etməkdədir.

Türkiyədən ötrü çox darıxdığını deyən Hüseyn Arabul işlərini telefon, internet və videokonfranslarla əlaqə saxlamaqla idarə edir. Hazırda Azərbaycanda həyat yoldaşıyla yaşadığını deyən cənab Arabul övladlarının da tez-tez ona baş çəkdiyini bildirir. Azərbaycandan çıxmasına qoyulan qadağanın artıq iki ilə qədərinin arxada qaldığını bildirən Hüseyn Arabul məhkəmənin qərarının başa çatmasını gözləməkdən başqa çarəsinin olmadığını deyir.

Hüseyn Arabul və «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilib.

Məhkəmə «Barmek» prezidenti Hüseyn Arabula 5 il şərti cəza verib. İş üzrə təqsirləndirilən digər şəxslərin isə cəza müddətləri başa çatdığından azadlığa buraxılıblar.

«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.
XS
SM
MD
LG