Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Rüşvət biliyin nəyidir?


Budəfəki qış imtahan sessiyasında rüşvət yenə də müəllimin gəlir mənbəyi, tələbənin isə sipəri olub.

Avropa Tələbələr Forumunun Bakı Təşkilatı və «Dalğa» Gənclər Hərəkatı bu dəfə də imtahan sessiyası zamanı ali təhsil məktəblərində monitorinq keçiriblər.

Hər iki təşkilat hesab edir ki, bu semestrdə də rüşvət az rol oynamayıb.

«Dalğa» Gənclər Təşkilatının nümayəndəsi Rövşən Nəcəfov deyir ki, onun rüşvət verməyən tələbə dostları çoxalsa da, ali məktəblərdə rüşvət əvvəlki illərdə olduğundan da çoxdur.

Avropa Tələbələr Forumunun Bakı Nümayəndəliyinin nümayəndəsi Emin Əmrullayev isə deyir ki, hansısa köklü dəyişikliklər olduğundan danışmağa dəyməz. Onun sözlərinə görə, imtahan və yoxlamaların qiymətləri 50-300 manat arasında olub.

Təhsil Nazirliyindənsə deyilənləri təkzib edirlər. Nazirliyin nümayəndəsi Ənvər İmanov deyir ki, onlara edilən müraciətlərin əksəriyyəti anonimdir.

Verilişi sağdakı «Dinlə» düyməsini basmaqla dinləyə bilərsiniz
XS
SM
MD
LG