Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:27

«Deputatın zavodu çökür»


1500 işçi maaşsız qalıb
1500 işçi maaşsız qalıb
«Yeni Azərbaycan»: «Ermənilərin Avropa Şurasındakı lobbiçiləri Ermənistan üzrə həmmməruzəçilərdir»

Gültəkin Hacıbəyli: «AŞ PA- nın qış sessiyası ikili standartların bütün çılpaqlıgı və tam mahiyyəti ilə üzə çıxdıgı sessiya kimi hafizələrə həkk olundu…Referendumla baglı sessiya çərçivəsində heç bir müzakirə aparılmayıb, sadəcə, bilirsiniz ki, Avropa Şurasının prezidenti Lui Mariya de Puç mətbuata açıqlamasında bu məsələyə toxunub. Bir də Monitorinq Komitəsində məhdud diskussiya təşkil olundu və belə bir fikir söylənildi ki, referendum mütləq Avropa Şurası nümayəndə heyəti tərəfindən izlənilməlidir. Düzdür, Andres Herkel tamamilə Avropa prinsiplərinə əks olan mövqedən çıxış edərək buna ehtiyac olmadıgını söylədi».

«Yeni Müsavat»: «Deputatın zavodu çökür»

Etilen-Politen Zavodunun 1500 işçisi maaşsız qalıb

Müsavat deputat qrupunun üzvü, millət vəkili İkram İsrafilin köməkçisi Fəxrəddin Abbasın Sumqayıtdan verilən məlumatında bildirilir ki, millət vəkili Məcid Kərimovun prezidenti olduğu «Azərkimya» Dövlət Şirkətinin müəssisələri böhran burulğanında boğulmaqdadır. F.Abbas yazır ki, bu zavodlarda fəhlə və qulluqçuların əməkhaqlarını ödəmək müşkülə çevrilib:

«İlin əvvəlindən təmir adı ilə fəaliyyətini dayandıran Etilen-Politen Zavodunun təxminən 1500 nəfərə yaxın işçisi hələ də ötən ilin dekabr ayının əməkhaqlarını ala bilməyib. Və əməkhaqlarının nə vaxt veriləcəyini də heç kim bilmir. Bu günlərdə zavodun direktoru Əhmədağa Əhmədovun yanında şirkətin məsul nümayəndəsinin iştirakı ilə keçirilən müşavirədə sex və şöbə rəislərinə tapşırılıb ki, işçiləri başlarına yığıb səssiz-səmirsiz dayansınlar. Əks təqdirdə, hansı sexdən kənara informasiya sızsa, həmin sex rəisi və şikayətçi dərhal işdən azad ediləcək».

«Yeni Müsavat»: «İslam dünyasına əl uzadaraq»

«Barak Obama prezidentliyinin ilk anlarından islam dünyasına əlini uzadaraq, onlara rəğbətə əsaslanan dialoq aparmağı, o cümlədən anlaşılmazlıq və inamsızlığı aradan qaldırmaq üçün əməkdaşlıq təklif etmişdir». Müsahibəsində o, belə fikir söyləmişdir:

«Mənim vəzifəm amerikalılara açıqlamaqdır ki, müsəlmanlar arasında müstəsna insanlar çoxdur və onlar öz həyatlarını yaşamaq və uşaqlarına daha yaxşı həyat qurmaq istəyindədirlər. Mənim işim müsəlman aləminə amerikalıların onların düşməni olmadığını çatdırmaqdır. Biz bəzi hallarda səhvlərə yol vermişik. Biz təkmil olmamışıq».

«525-ci qəzet»: «Rusiya MDB ölkələrini pulla ələ alır».

Qırğızıstan Amerika hərbi bazasını bağladı, Ermənistan rubl zonasına daxil olur, Rusiya birlik üçün vahid ordu yaradır.

Moskvada keçirilən Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlukəsizlik Müqaviləsi Təşkilatının sammitləri də məhz bu müzakirələrlə müşayiət olunub.

Qırğızıstan rəhbərliyi Rusiyanın maliyyə dəstəyinə cavab olaraq Bişkek yaxınlığındakı Amerika hərbi bazasının bağlanması barədə qərar qəbul edib. Ermənistan Rusiyadan alacağı maliyyə yardımının müqabilində rubl zonasına daxil olacaq.

«Exspress»: «Moskvanın «NATO-su»

KTMT-nin ümumi hərbi qüvvələrini yaratmaqla Rusiya ABŞ-a meydan oxuyur

Fevralın 4-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr çevik kollektiv qüvvələr (ÇKQ) yaradılması haqqında layihəni razılaşdırdılar və imzaladılar.

Bu barədə KTMT sammitindən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, qurumun bütün üzvləri (Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan) vahid silahlı qüvvələr yaratmaq barədə «qərarın zəruri olması» ilə razılaşıblar.

KTMT-nin sammitində RF, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Dmitri Medvedev, Serj Sərkisyan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Kurmanbek Bakiyev, Emomali Raxmon, İslam Karimov, həmçinin KTMT-nin Baş katibi Nikolay Bordyuja iştirak edib.

ÇKQ-nin nə zaman yaradılacağı hələlik məlum deyil. Medvedev ÇKQ-nin Rusiya ərazisində yerləşdiriləcəyini bildirib.

«Bizim Yol»: «Müxalifətin ombudsman postuna namizədi varmı?»

Bu ilin aprelində ombudsman Elmira Süleymanova ölkədə insan haqları sahəsindəki durumla baglı sonuncu dəfə Milli Məclisdə hesabat verəcək. Bundan sonra bu posta yeni namizəd irəli sürüləcək Ehtimal olunur ki, bu posta Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Gültəkin Hacıyeva, Çingiz Qənizadə və ya Aydın Kərimov təyin olunacaq.
XS
SM
MD
LG