Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:46

Azərbaycanın nə qədər qaz ehtiyatı var?


22.8 milyard kubmetrin 11.6 milyard kubmetrini Azərbaycan öz daxili tələbatına sərf edir
22.8 milyard kubmetrin 11.6 milyard kubmetrini Azərbaycan öz daxili tələbatına sərf edir
Prezident İlham Əliyev və ölkənin bir çox məmurları tez-tez bəyan edirlər ki, Azərbaycan önəmli ehtiyatlarıyla Avropaya onillər boyu qaz nəql etmək gücündədir.

Amma reallıqda Azərbaycanın nə qədər qaz ehtiyatı var? Ölkənin illik istehsal gücü nə qədərdir? Azərbaycan qazı «kimə, nə qədər müddətə» çatar?

ABŞ-ın Enerji Ehtiyatları Administrasiyası və BP-nin illik statistik göstəricilərinə əsasən dünyada önəmli qaz ehtiyatı olan ölkələrin təsdiqlənən ehtiyatları ötən ilin sonuna görə, aşağıdakı kimidir:

«Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» yataqlarından qaz çıxaran beynəlxalq konsorsumun operatoru olan BP şirkəti Azərbaycanın qaz ehtiyatının həcmini 1.3 trilyon kubmetr həcmində təsdiqləyir.

Bu cədvələ baxanda görmək olar ki, Azərbaycan təsdiqlənən qaz ehtiyatının həcminə görə, 1 trilyon kubmetrdən çox ehtiyatı olan 22 ölkə arasında ancaq Hollandiyanı qabaqlayır.

Ancaq 2-ci cədvələ baxanda görmək olar ki, önəmli qaz istehsalçısı ölkələri arasında Azərbaycan ildə 22.8 milyard kubmetr qaz istehsal etməklə ötən il ancaq Liviya, Küveyt və müharibədən sonra infrastrukturu dağılan İraqı qabaqlaya bilib.


Amma bu 22.8 milyard kubmetrin də 11.6 milyard kubmetrini Azərbaycan öz daxili tələbatına sərf edir. Bunu da 3-cü cədvəldən görmək olar. Yəni ixrac üçün yerdə 11.2 milyard kubmetr qalır.

Bu cədvəldə Azərbaycan qazının potensial alıcıları ola biləcək Avropa ölkələrinin qaza olan illik tələbatı göstərilir. Bu rəqəmlərə əsasən demək olar ki, Azərbaycan qazının hamısını özünə saxlamadan satsa, bütün qaz ehtiyatı Avropaya 2 il, Avropa Birliyinə 2.7 il, «Nabucco» kəməriylə qaz almaq istəyən ölkələrə isə 7 il çata bilər.
XS
SM
MD
LG