Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

İlham Əliyev: «Nabukkoya qoşulmaq qiymətdən asılıdır»


«Nabucco»nun rəsmi xəritəsi
«Nabucco»nun rəsmi xəritəsi
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın «Nabucco»ya qoşulub-qoşulmamaq qərarı onun qazına verilən qiymətdən asılıdır.
İki günlük «Nabucco» sammiti Budapeştdə öz işinə başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı bu sammitdə məqsəd Xəzər qazını Türkiyə vasitəsilə Avropaya daşımalı olan «Nabucco» qaz kəməri layihəsinə dəstəyi artırmaqdır.

Rusiyadan yan keçən bu kəmər Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmalıdır. Kəmərin tikintisinə 10 milyard dollar lazımdır, ancaq indiyə kimi bu pulu və lazım olan qazı kim verəcək - bəlli deyil.

Rusiya Azərbaycan qazını almaq üçün bazar qiymətini təklif edir.

«Nabucco» sammiti yanvarın 27-də də davam edir.
XS
SM
MD
LG