Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:35

MSK müxalifətin müraciətlərini rədd etdi


Təşəbbüs qrupu deyir ki, onların şikayətlərində rayonlarda imza toplayan üzvlərinə təzyiq edirlər
Təşəbbüs qrupu deyir ki, onların şikayətlərində rayonlarda imza toplayan üzvlərinə təzyiq edirlər
Mərkəzi Seçki Komissiyası (MSK) referendumla bağlı müxalifətin iki müraciətini rədd edib. Həmin müraciətləri «Respublikaçılar» Təşəbbüs Qrupu etmişdi.

Təşəbbüs qrupu deyir ki, onların rayonlarda imza toplayan üzvlərinə təzyiq edirlər. Təqiblər daha çox Sabirabad, Xaçmaz, Mingəçevir, Sumqayıt, Tovuz, Zaqatala və Neftçalada baş verir.

«Respublikaçılar» Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı:

«Rayonlarda icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, büdcə təşkilatı rəhbərlərinin və polisin imzatoplayanlara qarşı müxtəlif təzyiqlər etdiyi haqda məlumatlar alırıq».

MSK isə bildirir ki, G. Aslanlının müraciətləri əsassızdır.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, «Respublikaçılar» Təşəbbüs Qrupunun üzvləri Gəncədə və Cəlilabad rayonunda seçiciləri aldadıblar:

«Gəncədə saxlanılan «respublikaçılar» «Xanbağı» istirahət parkındakı çayxanalarda vətəndaşlar arasında təşviqat aparıblar, Fələstin-İsrail münaqişəsi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi məqsədilə imza toplayıblar. Onlar polis idarəsinə dəvət olunublar»…

«Cəlilabadda isə Şahbaz Qarayevin oğlu Bəxtiyar Qarayev Təzəkənd üçün ayrıca icra nümayəndəliyinin ayrılması, atasının deputat seçilməsi və Sovet dövründən qalma əmanətlərin qaytarılması adı ilə sakinlərdən imza toplayıb. Sonradan bunu bilən seçicilər MSK-ya teleqram vurublar, xahiş ediblər ki, onların imzaları etibarsız sayılsın».

A.Sarıyev deyir ki, indiyə kimi MSK-ya 300-ə qədər müraciət, teleqram daxil olub. Əsas müraciətlər müxalifətin «Respublikaçılar» və «Qarabağ və Respublika uğrunda hərəkat»ındandır.

Referendum martın 18-ə təyin olunub, Konstitusiyada 30-a yaxın maddənin dəyişdirilməsi nəzərdə tutulur. Əsas dəyişiklik isə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır.
XS
SM
MD
LG