Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:25

Müxalifət iki təşviqat qrupu yaradır


Leyla Yunus
Leyla Yunus
«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı 18 mart referendumunda əks təbliğat aparmaq üçün iki təşviqat qrupu yaradır. Hərəkatın koordinasiya qrupunun rəhbəri Leyla Yunus «Azadlıq» radiosuna deyib ki, bu məsələ ilə bağlı ötən həftənin şənbə və bazar günləri də işlər görülüb. Partiya liderləri səviyyəsində görüşlər keçirilib, məsləhətləşmələr aparılıb. Qərara gəlinib ki, iki təşviqat qrupu yaradılsın. Bu qrupların biri «Respublikaçılar», digəri isə «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupu adlanır.

. Artıq hər iki qrupun yaradılması üçün qanunun tələb etdiyi qaydada hazırlıq işləri həyata keçirilir.

L.Yunusun sözlərinə görə, bu işlərlə paralel həmçinin vətəndaş hərəkatının nizamnaməsi və məramnaməsi də hazırlanır.

Son günlər ölkədə xeyli sayda təşəbbüs qrupunun yaradılmasına münasibət bildirən L.Yunus deyir ki, əsas odur ki, cəmiyyət bu məsələdə demokratik qüvvələrin bir yerdə olduğunu və eyni hədəfə vurduğunu görəcək. «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı Qarabağ və demokratik respublika uğrunda şüarla çıxış edəcək: «Bu istiqamətdə nə mümkündür edilir».

Altı partiyanın birləşdiyi koalisiya «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatını ötən həftə yaradıb.

Bu il martın 18-də ölkədə Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcək. Bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən normanın dəyişdirilməsi təklifi müxalifətin narazılığına səbəb olub.

Müxalif düşərgədə dəyişikliklərin həm də Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün real təhlükə yaratdığı fikrindədirlər.
XS
SM
MD
LG