Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

«Radioların bağlanması biabırçı qərardır»


 «Qənimət hesab edir ki, bu qərar bundan sonra vəziyyətin daha da pisləşəcəyini göstərir»
«Qənimət hesab edir ki, bu qərar bundan sonra vəziyyətin daha da pisləşəcəyini göstərir»
«Azadlıq»: Xarici radioların yayımını dayandırmaq hakimiyyətin növbəti biabırçı qərardır. Bunu «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı Ayəndə Mürsəliyeva ilə görüşdə deyib. Baş redaktor bildirib ki, məlum qərar söz azadlığı sahəsində vəziyyəti bir qədər də ağırlaşdıracaq: «Dedi ki, bunlar nə düşünürlər? Belə etməklə beynəlxalq aləmə meydan oxuyurlar? Qənimət hesab edir ki, bu qərar yaxşı heç nə vəd etmir və bundan sonra vəziyyətin daha da pisləşəcəyini göstərir. Amma inanır ki, beynəlxalq aləm təkid etsə, bu məsələni tezliklə həll edə biləcəklər».
«Yeni Müsavat»: «Elə sahə yoxdur ki, rüşvət, korrupsiya hökm sürməsin. Bahalıq, inflyasiya, məmur özbaşınalığı bir yandan öz işini görür. Bütün bu neqativlər o həddə qədər böyüyüb ki, nəinki sadə vətəndaşlar, hətta qabaqcıl, tanınmış insanlarımız da Azərbaycanda həyatın yaxın dövrlərdə normal axara düşəcəyi barədə pessimist danışırlar». Qəzetin əməkdaşı Azər Ayxan «Nazirlərin romantikası» sərlövhəli köşəsində belə yazır.

«Yeni Azərbaycan» qəzeti xəbər verir ki, hakim partiya «Yeni Azərbaycan» təşəbbüs qrupu yaradılıb. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, onun müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri seçiliblər. Tədbirdə çıxış edən Əli Əhmədov deyib: «Əgər ölkəmizdə müdrik xalqımız öz Prezidentinə üçüncü dəfə etimad göstərərsə, bu, dövlətimizin həyatında unikal bir siyasi hadisə olacaq».

«Azərbaycan» yazır ki, «ölkədə bütün sosial proqramlar uğurla icra olunur». «Prezident İlham Əliyevin ötən beş ildə sosial sahədə apardığı islahatlar vətəndaşlarımızın rifah halının yüksəlməsinə gətirib çıxarıb». «Azərbaycanın iqtisadi imkanları artdıqca sosial proqramların miqyası da genişlənir. Ölkə vətəndaşlarının maddi rifah halının ildən-ilə yüksəlməsi aparılan sosial siyasətin düzgünlüyünü təsdiq edir və bunun alternativinin olmadığını sübuta yetirir».
XS
SM
MD
LG