Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:46

Nardaranlılar Allahşükür Paşazadədən də narazıdırlar


Aksiya iştirakçıları İsrail və Amerika əleyhinə bir sıra şüarlar səsləndiriblər
Aksiya iştirakçıları İsrail və Amerika əleyhinə bir sıra şüarlar səsləndiriblər
Yanvarın 5-i Nardaran kəndinin sakinləri, İsrailin Fələstinin Qəzza zolağında apardığı hərbi əməliyyatlara etiraz olaraq növbəti aksiya keçiriblər. Aksiya iştirakçıları İsrail və Amerika əleyhinə bir sıra şüarlar səsləndiriblər. İlk dəfə olaraq bu aksiyada kənd qadınları da iştirak ediblər. Fələstin qadınlarına dəstək olduqlarını bəyan edən nardaranlı qadınlar daha sonra ABŞ və İsrailin bayraqlarını yandırıblar. Kənd ağsaqqallarının çıxışlarında Azərbaycan hökumətinin mövcud hadisələrə münasibətindən narazılıq dilə gətirilib. Sakinlər həmçinin hadisələrə «kəskin mövqe bildirmədiyinə görə», Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin ünvanına da ittihamlar səsləndiriblər.

Kənd sakinləri bəyan ediblər ki, İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər, belə etiraz aksiyalarını keçirməkdə davam edəcəklər. Aksiyada bir neçə gün əvvəl İsrail səfirliyi qarşısında piket keçirərəkən həbs edilənlərin tezliklə azad olunması tələbləri də səslənib.

Rəsmi İsrail bəyan edib ki, Qəzza bölgəsində həyata keçirilən hərbi əməliyyatlar dinc xalqa qarşı yönəlməyib. Bu, anti-terror tədbirləridir.

Fələstin rəsmilərinin məlumatına görə, əməliyyatlar zamanı 400-dən çox adam ölüb, yüzlərlə insan xəsarət alıb.


XS
SM
MD
LG