Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:24

«İlham Əliyev Vaşinqton olacaq, yoxsa Muqabe?»


Pənah Hüseyn Konstitusiya dəyişikliyi ilə bağlı Müsavat deputat qrupunun bəyanatını oxuyub
Pənah Hüseyn Konstitusiya dəyişikliyi ilə bağlı Müsavat deputat qrupunun bəyanatını oxuyub
«Amerika Birləşmiş Ştatlarını yaradan Corc Vaşinqtona krallıq təklif olundu, amma o bundan imtina etdi. Zimbabvedə isə Muqabe hakimiyyəti əlində saxladı. İndi görək Konstitusiya dəyişikliyindən sonra İlham Əliyev Vaşinqton olacaq, yoxsa Muqabe?»-, bu sözləri Milli Məclisin iclasında millət vəkili Pənah Hüseyn deyib. Spiker Oqtay Əsədovasa onun suallarına «yaşayarıq, görərik»-, deyə cavab verib.

Pənah Hüseyn Konstitusiya dəyişikliyi ilə bağlı Müsavat deputat qrupunun bəyanatını oxuyub və dəyişikliklərə mənfi münasibət göstərdiklərini bildirib.

Dekabrın 26-da parlament «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsini müzakirə çıxarıb. Layihədə göstərilir ki, məsələ ilə bağlı referendum martın 18-də keçirilə bilər.

Əsas Qanuna iyirmidən çox dəyişiklik təklif olunsa da, əsas dəyişiklik bir nəfərə iki dəfədən çox prezident seçilmək haqqının verilməsi ilə bağlıdır. Təklifi hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG