Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Məscidin açılması ilə bağlı iddia təmin edilmədi


Avqustun 17-də «Əbu-Bəkr» məscidinə qumbara atılması nəticəsində üç nəfər həlak olub
Avqustun 17-də «Əbu-Bəkr» məscidinə qumbara atılması nəticəsində üç nəfər həlak olub
«Nərimanov rayon dindarları» Dini İcmasının Nərimanov rayon Polis İdarəsinə qarşı qaldırdığı iddiası təmin edilməyib. Proses Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilib.
Dini İcmanın vəkili bildirib ki, qərarından apellyasiya şikayəti veriləcəklər.

Dini İcmanın iddia ərizəsində Nərimanov Rayon Polis İdarəsinin «Əbu Bəkr» məscidinə giriş-çıxışı məhdudlaşdırdığı göstərilib, məscidin açılmasını xahiş olunub.

Bu ilin avqustun 17-də «Əbu-Bəkr» məscidinə qumbara atılması nəticəsində üç nəfərin həlak olub və 16 nəfər yaralanmışdı. Bundan sonra məscidin fəaliyyəti dayandırılıb. Polis iddia edir ki, məscid istintaq başa çatdıqdan sonra açıla bilər.
XS
SM
MD
LG