Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:25

«Qənimət həftəsi»nin qalibi baş redaktor özü oldu


Q.Zahidə təqdim olunan mükafat onun həyat yoldaşı Ayəndə Mürsəliyevaya verilib
Q.Zahidə təqdim olunan mükafat onun həyat yoldaşı Ayəndə Mürsəliyevaya verilib
«Yeni Müsavat»: mərhum jurnalist Nəcəf Nəcəfovun anım günündə «Qənimət həftəsi»nə yekun vurulub. Azad Söz İnqilabçıları təşkilatının təşəbbüsü ilə keçirilən tədbirin məqsədi diqqəti həbsdə olan baş redaktora yönəldilməsi, azad sözün müdafiəsi ilə bağlı yazların mətbuatda daha geniş işıqlandırılması olub. «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Zahidov qardaşlarının timsalında 3 ildə Azərbaycan jurnalistlərinə qarşı yeni təzyiq dalğası başlayıb. Müsabiqənin qalibi isə elə Qənimət Zahid özü seçilib. Q.Zahidə təqdim olunan diplom, pul mükafatı və qutusunda baş redaktorun əksi həkk olunmuş medal onun həyat yoldaşı Ayəndə Mürsəliyevaya təqdim olunub. Daha sonra müsabiqəyə qatılan bütün jurnalistlər diplomla təltif edilib.

«Yeni Azərbaycan»
a müsahibəsində deputat Zahid Oruc bildirib ki, «Azərbaycan hakimiyyəti seçki mədəniyyətinin inkişafında maraqlıdır». «Belə demək mümkündürsə, Azərbaycanda bir qisim qüvvələrin təfəkküründə müxalifətçilik hakimiyyətin etdiyinin və dediyinin əksinə çıxmaq kimi dəyərləndirilir. Bunun əsasında başqa hansısa hüquqi dəlillər, ciddi siyasi fəlsəfə və ya nəzəriyyə dayanmır»-, deyə Z.Oruc bildirib.
«Azərbaycan» qəzeti yazır ki, «prezident seçkiləri Azərbaycanın demokratik dünyaya inteqrasiyasını daha da sürətləndirib». Məqalə müəllifi iddia edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun hesabatı 15 oktyabr seçkisinin demokratik, şəffaf və ədalətli şəraitdə baş tutduğun bir daha təsdiqlədi.
«525»ə müsahibəsində tarixçi alim Musa Qasımlı deyir ki, qəbul olunacaq dünya azərbaycanlılarının xartiyası «hər bir azərbaycanlının stolüstü kitabına çevrilməlidir». Xartiya dekabrın 18-də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıda keçiriləcək iclasında qəbul olunacaq. M.Qasımlı deyir ki, sənəd təkcə tarixi faktları, tarixi keçmişi əhatə etmir, qarşıda duran vəzifələri, perspektivləri də müəyyənləşdirib.

«Üç nöqtə»: «Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması daha sonra isə bir şəxsin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəanın Konstitusiyadan çıxarılması təklifini ilk dəfə dilə gətirənlərdən biri olmuşam və bəlkə də, birincisiyəm. Necə olur ki, Eldar İbrahimov 4 dəfə dalbadal deputat seçilə bilir, ancaq dövlətə başçılıq edən şəxs iki dəfədən artıq prezident seçkilərinə qatıla və prezident seçilə bilmir?»-, bunu deputat, YAP-ın Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
XS
SM
MD
LG