Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Rüstəm İbrahimbəyov Nizami Cəfərovu məhkəməyə verir


Rüstəm İbrahimbəyov artıq Bakıdadır
Rüstəm İbrahimbəyov artıq Bakıdadır
Rüstəm İbrahimbəyov Nizami Cəfərovu məhkəməyə verir. «Azadlıq» qəzeti belə yazır. Qəzetin məlumatına görə, uzun müddətdir gündəmdə olan tanınmış yazıçı və ssenarist Rüstəm İbrahimbəyov artıq Bakıdadır:

«Söylədiyi fikirlərə görə, əvvəl Milli Məclis, sonra hakimiyyətə yaxın qəzetlərdə hədəfə alınan yazıçı ünvanına səsləndirilmiş ittihamlarla bağlı qəzetimiz vasitəsilə cavab verib. Rüstəm İbrahimbəyovun ünvanına daha çox ittiham və təhqirlərin də yer aldığı ifadələri isə Milli Məclisin Mədəniyyət Daimi Komissiyasının sədri Nizami Cəfərov səsləndirib. «Azadlıq» qəzetinə verdiyi son açıqlamasında Nizami Cəfərov səviyyəsinə enmək və ona cavab vermək niyyətində olmadığını deyən tanınmış yazıçı deputatı məhkəməyə verməyə hazırlaşır. R.İbrahimbəyov vəkilinin gəlişini gözlədiyini və yaxın günlərdə məhkəməyə müraciət edəcəyini dedi:

«Nizami axmaq-axmaq sözlər danışır. Onun dediklərini nə oxumaq istəyirəm, nə də cavab vermək. Vəkilimin gəlməyini gözləyirəm. Vəkilə gələn kimi, Nizamini məhkəməyə verəcəyəm».


«Yeni Azərbaycan Partiyası MDB və Avropa məkanının ən nüfuzlu partiyalarından biridir». «Yeni Azərbaycan» qəzetinə açıqlamasında Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova belə deyib. Onun sözlərinə görə, hakim partiya böyük nüfuzu, dəstəyi yalnız öz fəaliyyəti ilə qazanıb:

«YAP bir təşkilat olaraq öz daxilində yeniləşmə aparır. Yəni bu proses dövrün çağırışlarına, tələblərinə uyğunlaşdırılmaqla aparılır. Çox az partiyanın adını çəkmək olar ki, orada gənclərin fəaliyyətinə xüsusi önəm verilsin, qadınlar müstəqil şəkildə siyasi fəaliyyət cəlb olunsun. YAP yüksək intellektə, qabiliyyətə malik insanları dövlətə, millətə xidmət üçün kadr kimi formalaşdıran bir məktəbdir. Bir sözlə, YAP-ın fəaliyyətinin əsasını məqsədyönlülük, prinsipiallıq, davamlılıq və varislik təşkil edir».


Paytaxtda xəstəlik mənbəyi olan nimdaş paltarlar satılır. «Yeni Müsavat» qəzeti belə yazır. Nəşrin məlumatına görə, yaxşı paltar almağa gücü çatmayanlar artıq 10 ildir ki, paytaxtda fəaliyyət göstərən «Second hand» və «Memi» mağazalarına üz tuturlar:

«Belə mağazalar haqqında müxtəlif fikirlər var. Bəzən bu paltarların dünyasını dəyişmiş insanlara məxsus olduğunu da söyləyirlər. Amma bu da müştərilər xoflandırmır». Qəzetə danışam Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, «bu paltarlar ekzotik dəri xəstəliklərinin daşıyıcısıdır». Həkim Adil Qeybulla isə hesab edir ki, bu paltarlar xüsusi dermatoloji testlərdən keçməlidirlər».
XS
SM
MD
LG