Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

«Mən ikinci yeri tutmuşdum»


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
«Təəssüf ki, Azərbaycanda bundan artıq prezident seçkisi keçirmək mümkün deyildi».

Bunu «Azadlıq» radiosuna prezidentliyə eks-namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir. O, seçkini yalnız bir nəfərə uduzduğunu bildirir:

«Biz bu nəticəni gözləyirdik və bunu alqışlayırıq. Amma məni qane etməyən odur ki, ikinci yeri tutsam da, hakimiyyət daxilindəki maraqlı qüvvələr səslərimi bəzi qondarma namizədlərə verdilər və onları ikinci yerə çıxardılar».

Azərbaycanda normal məhkəmə sisteminin olmadığını deyən H.Hacıyev bu səbəbdən seçkinin nəticələrindən şikayət etməyib:

«Şikayət verib özümüzü biabır etməyinə dəyməz. Harasa şikayət etməyimin nəticəsi olmayacaqsa, vaxt itirməyinə dəyməz. Amma mübarizəmiz davam edir».

Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezident seçkisində 0,65% səs toplamaqla 7 namizəd arasında sonuncu olub.
XS
SM
MD
LG