Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Abdulla Gül Serj Sarkisyanı Türkiyəyə dəvət etdi


Abdulla Gül və Serj Sarkisyan, 6 sentyabr 2008
Abdulla Gül və Serj Sarkisyan, 6 sentyabr 2008
Yerevanda Ermənistan-Türkiyə futbol matçı başa çatıb. Oyun 0:2 hesabıyla türklərin qələbəsi ilə nəticələnib.

Qolları 61-ci dəqiqədə Tuncay Şanlı və 77-ci dəqiqədə Semih Şentürk vurublar.

Oyunu stadionda izləyənlər arasında Türkiyə və Ermənistan prezidentləri də olub. Final fitindən sonra S. Sarkisyan türkiyəli həmkarı A. Gülün əlini sıxaraq onu qələbə münasibətilə təbrik edib.

***

Türkiyə prezidenti Abdulla Gül və Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan, Yerevan, 6 sentyabr 2008
Türkiyə prezidenti Abdulla Gül Yerevanda səfərdədir. Bu, Türkiyə liderinin Ermənistana tarixdə ilk səfəridir. İki ölkə arasında indiyədək diplomatik münasibətlər yoxdur.

Ermənistan prezidenti S. Sarkisyanla danışıqlardan sonra mətbuat konfransında A. Gül deyib ki, səfər iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa kömək edəcək.

Saat 21:00-da prezidentlər Ermənistan-Türkiyə futbol matçında iştirak edəcəklər.

S. Sarkisyan deyib ki, Türkiyə prezidenti onu 2009-cu ilin oktyabrında Türkiyədə keçiriləcək cavab oyununu izləməyə dəvət edib.

***

Türk azarkeşləri Yerevan stationunda
Yerevan küçələrində Osmanlı Türkiyəsində «erməni soyqırımı» qurbanlarının xatirəsinə çoxminli yürüşlər keçirilir.

Aksiyanı Türkiyə prezidenti Abdulla Gülün Yerevana ilk səfəri münasibətilə «Daşnaksutyun» inqilab federasiyası təşkil edib. İnsanlar A. Gülün prezident kortejinin keçdiyi yol boyunca düzülərək, əllərində «Hər şey Ermənistanın yadındadır» və «Türkiyə soyqırımı tanımalıdır» şüarlarını qaldırıblar.
XS
SM
MD
LG