Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:41

«Putin öz addımını atdı»


ABŞ mediası Amerikanın Rusiya təcavüzünü durdurmaq üçün ata biləcəyi addımları müzakirə edir
ABŞ mediası Amerikanın Rusiya təcavüzünü durdurmaq üçün ata biləcəyi addımları müzakirə edir
Hazırda ABŞ mediası Amerikanın Gürcüstana Rusiya təcavüzünü durdurmaq üçün ata biləcəyi növbəti addımları müzakirə edib. Aparıcı televiziya və radio kanalları, habelə nüfuzlu dərgilər ABŞ-ın Gürcüstana edə biləcəyi köməyi müzakirə ediblər.

Prezident Corc Buş Vladimir Putin və Dmitri Medvedevlə sərt danışdığını jurnalistlərə bildirərək Rusiyadan dərhal atəşkəs tələb etdiyini vurğulayıb. CNN, MSNBC və hətta Foks televiziyası isə Rusiyanın ABŞ tələblərinə məhəl qoymayacağı təqdirdə rəsmi Vaşinqtonun hansı addımları ata biləcəyini sual edib.
Avqustun 11-də «Vaşinqton Post» qəzetində Robert Kaqan «Putin öz addımını atdı» başlıqlı məqaləsində bildirir ki, Rusiyanın Gürcüstanla müharibəsinin səbəblərini araşdırmağa heç bir lüzum yoxdur. «Siz Almaniyanın Çexoslovakiyaya müdaxiləsinə gətirib çıxaran Sudet böhranını yaradan səbəbləri bilirsinizmi? Əlbəttə yox, çünki əxlaqi cəhətdən şübhəli olan bu mübahisə düzgün olaraq daha böyük dramanın tərkib hissəsi kimi yadda qalıb». Yazarın yekun fikri odur ki, «Avropada və Vaşinqtondakı diplomatlar inanırlar ki, Saakaşvili keçən həftə Cənubi Osetiyaya qoşun yeritməklə səhv edib. Amma onun əsl monumental səhvi odur ki, o, Putinin Rusiyası ilə sərhəddə yerləşən kiçik, daha çox demokratik və qatı Qərbyönümlü dövlətin prezidentidir».

Eyni qəzetin digər yazarı Den Frumkin «Buşun Gürcüstan xəyanəti» başlıqlı məqaləsində açıq aşkar ABŞ hökumətini Gürcüstanı Rusiya təcavüzü qarşısında tək buraxdığına görə ittiham edib. Buşun «siz demokratik Gürcüstanı qurduqca, ABŞ sizin yanınızda duracaq» ifadəsini xatırladaraq sual edir: «Rusiya Gürcüstana iri hərbi təcavüzə başlayanda Buş harada idi?»

«Nyu-York Tims»
ın baş məqaləsi «Bu Rusiya üçün elə belə də keçəcəkmi?» başlığı altında gedir. Məqalədə Uilyam Kristol Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalı ilə indiki hadisələr arasında paralellər apararaq bu qənaətə gəlir ki, demokratik dünyanın ləngiməsi və tərəddüdlər keçirməsi daha geniş təhdid və təhlükələrə yol açar.

Konservativ dərgi «National Revyu» redaktorların birgə hazırladığı «Gürcüstan bizim şüurumuzda» məqaləsində ABŞ hökumətinə konkret təkliflər də yer alıb. Birincisi, yazarlar heyəti təklif edir ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlük məsələsinə yenidən qayıdılsın və bu yerdə müəlliflər Avropaya da müraciət edərək Rappalo ənənələrinə (Almaniyanın 1924-cü ildə Sovet Rusiyası ilə müqavilə bağlayaraq onu beynəlxalq izolyasiyadan çıxarmasına işarə edilir) son qoymağa çağırırlar və Rusiyadan çəkinməyərək bu dövlətlərin NATO-ya daxil olmalarına imkan vermələrinə səsləyirlər. İkincisi, Polşa və Çexiyada referendumlar keçirərək bu ölkələrdə raket əleyhinə müdafiə sistemlərinin tezliklə quraşdırılmasının vacibliyini qeyd edirlər. Ən nəhayət, üçüncüsü, müharibə qurtaran kimi ABŞ-ı Gürcüstanda əsaslı quruculuq işlərini maliyyələşdirməyə çağırırlar.
XS
SM
MD
LG