Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

ABŞ Ukraynaya dron və aviasiya sistemləri verəcək (Video)


ABŞ prezidenti Co Bayden
ABŞ prezidenti Co Bayden

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videobağlantı ilə ABŞ Konqresi qarşısında çıxış edib

ABŞ prezidenti Co Bayden martın 16-da deyib ki, Birləşmiş Ştatlar Ukraynaya onun hava məkanının Rusiya qüvvələrindən qorunması üçün lazım olan “uzaqmənzilli” antitəyyarə sistemləri ilə təchizatına dəstək verəcək.

Cənab Bayden bu bəyanatı Ukraynana 1 milyard dollarlıq “tarixi” hərbi yardım barədə sərəncamı imzalamazdan əvvəl verib.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresi qarşısında virtual çıxışında Amerikadan öz ölkəsini müdafiə etmək üçün “güclü və qüdrətli” aviasya sistemləri istəmişdi.

Bayden Zelenskinin çıxışını “inandıcı və əhəmiyyətli” adlandırıb.

Putin heç vaxt qalib gəlməsin deyə

ABŞ prezidenti bildirib ki, ABŞ, NATO və Avropa İttifaqı qarşıdan gələn günlər və həftələrdə “Zelenskiyə və Ukrayna xalqına” daha çox yardım göstərəcək.

Bayden deyib ki, bundan məqsəd döyüş meydanındakı irəliləyişindən asılı olmayaraq Rusiya prezidenti Vladimir Putinin “heç vaxt qələbə çalmayacağından” əmin olmaqdır.

“Amerika xalqı prezident Zelenskinin Ukrayna üçün daha çox kömək, daha çox silah çağırışına Ukraynanın özünü Rusiyanın təcavüzündən qoruması üçün daha çox dəstəklə cavab verir”.

Co Bayden “uzaqmənzili sistemlərin” nədən ibarət olmasının detallarını verməsə də prezident Zelenski ABŞ və NATO-dan spesifik olaraq sovet istehsalı S-300 raketləri istəmişdi.

NATO-nun bəzi üzvlərində - Bolqarıstan, Latviya və keçmiş Varşava paktı ölkələrində S-300 havadan müdafiə sistemləri var.

Reuters agentliyinin yazdığına görə bundan başqa Bayden Ukraynaya “ən mükəmməl” ABŞ dron sistemləri veriləcəyini deyib.

Sərəncamda taktiki pitotsuz hava sistemləri adlandırılan dronlardan Ukrayana 100 ədədinin çatdırılacağı vurğulanır.

Bayden bildirib ki, Ukraynaya Rusiyanın qırıcı və helikopterlərinin qarşısının alınması üçün 800 dəst Stinger antitəyyarə sistemləri, 9000 antitank silahları, 7000 yüngül silah və bu silahlar üçün 20 milyon güllə və mərmi veriləcək.

Zelenski ABŞ Konqresində alqışlarla qarşılandı
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Zelenski Baydenə: ‘Arzu edirəm ki, siz dünyanın lideri olasınız...’

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videobağlantı ilə ABŞ Konqresi qarşısında çıxışında amerikalı millət vəkillərini onun ölkəsini Rusiyanın davam edən təcavüzündən qorumaq üçün daha çox səy göstərməyə çağırıb.

O deyib ki, bu prosesdə prezident Co Bayden “sülhün lideri” olmalıdır:

"Rusiya Ukrayna səmasını minlərlə insana ölüm gətirən mənbəyə çevirib”.

Çıxışı zamanı Ukraynada baş verən ölüm və dağıntı səhnələrini görüntüləyən video və şəkilləri göstərən Zelenski bir daha Ukrayna üzərində səmanın uçuşlar üçün bağlanmasına çağırıb.

O habelə Rusiyanın açdığı müharibədə Ukraynaya daha çox təyyarə və müdafiə sistemlərinin verilməsini istəyib.

Zelenski Rusiya üzərinə sanksiyaların davam etdirilməsinə çağırıb.

“Məgər çoxmu böyük rica edirəm?...”

Reuters agentliyi yazır ki, Zelenski ABŞ millət vəkillərinə Ukraynanın II Dünya Müharibəsindən bəri Avropada ən böyük terror hücumuna məruz qaldığını deyib:

"Məgər Ukrayna xalqının xilası üçün uçuşlarsız zonanın tətbiqini istəmək çoxmu böyük ricadır?”

Zelenski bildirib ki, paytaxy Kiyev və başqa şəhərlər hər gün havadan hücumlara məruz qalır.

Ukrayna prezidneti çıxışının sonunda Baydenə ingiliscə müraciət edib:

"Arzu edirəm ki, siz dünyanın lideri olasınız. Dünyanın lideri olmaq sülhün lideri olmaq deməkdir”.

Ukraynanın MiG-29 qırıcı təyyarəsi
Ukraynanın MiG-29 qırıcı təyyarəsi

NATO, Co Bayden, habelə bir çox ABŞ konqresmenləri Ukrayna səmasının uçuşlar üçün bağlanmasına razılaşmırlar.

Onlar deyirlər ki, bu, Qərbi nüvə silahına malik Rusiya ilə birbaşa toqquşmaya gətirib çıxara bilər.

Ağ Ev indiyədək Rusiya istehsalı MiG qırıcılarının Şərqi Avropa ölkələrindən Ukraynaya verilməsi barədə qərarı da qəbul etməyib.

“Mənim bir arzum var”

Zelenski millət vəkillərini 1941-ci ildə Havay adalarındakı Perl Harbor bazasının Yaponiya tərəfindən bombardman edilməsini, 2011-ci ildə ABŞ üzərinə əl-Qaeda hücumlarını və Martin Lüter Kinqin 1963-cü ildə etdiyi “məşhur “Mənim bir arzum var” çıxışını xatırlamağa çağırıb:

"Mənim bir arzum var…Bu sözləri sizin hər biriniz xatırlayırsınız. Mən də sizə deyirəm: Mənim ehtiyacım var. Mənim səmalarımızı qorumağa ehtiyacım var”.

Millət vəkilləri Zelenskinin çıxışını ayaq üstdə alqışlayıblar. Konqresin spikeri Nensi Pelosi isə ukrayn dilində “Ukraynaya eşq oldun!” deyib.

Zelenski bundan bir gün əvvəl videobağlantı ilə Kanada millət vəkilləri qarşısında çıxış etmişdi.

O həmin çıxışda da Ukrayna səmasının bağlanmasını istəmişdi.

XS
SM
MD
LG