Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

Putinin gəlişi ərəfəsində Yerevanda etiraz aksiyası olub


Yerevanda anti-KTMT yürüşü
Yerevanda anti-KTMT yürüşü

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də açılacaq sammiti ərəfəsində müxalif Milli Demokratik Qütb Partiyası Yerevanda etiraz aksiyası keçirib.

Xəbər verilir ki, Qaregin Njdenin abidəsindən başlanan yürüşün iştirakçıları “Rusiya düşməndir!” və “KTMT düşməndir!” kimi şüarlar səsləndiriblər.

Etirazçılar bildirirlər ki, təşkilat Azərbaycanla münaqişədə onun üzvü olan Ermənistana heç bir praktik dəstək verməyib.

Müxalifət partiyasının üzvlərinin qənaətinə görə KTMT-nin Ermənistana düşmən möqve tutan üzv ölkərin liderlərinin, o cümlədən Vladimir Putinin ölkəyə gəlişinə etiraz bildirilməlidir.

Müxalifətçilər noyabrın 23-də də aksiya keçirəcəklərini bildiriblər.

Bu, 44 günlük müharibədən sonra Putinin Ermənistana ilk səfəri olacaq.

İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Xatırlatma

Bu il sentyabrın ortlarında Azərbaycan-Ermənistan sərhədində qanlı toqquşmalar baş verib.

Hərbi əməliyyatlar nəticəsində çox sayda əsgərin həlak olduğu xəbər verilmişdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG