Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

Rusiya deputatı itkilər barədə: ‘100 nəfərlik rotadan 4-ü sağ çıxıb’


Rusiya ordusu Zoporojye AES-i zəbt etdi
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Rusiya ordusu Zoporojye AES-i zəbt etdi

Zaporojya AES-in vurulduğu cənubda vəziyyət mürəkkəbdir.

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının üzvü Lyudmila Narusova martın 4-də palatanın iclasında Rusiyanın müddətli hərbi qulluqdakı əsgərləri arasında “nəzərəçarpacaq itkilər” barədə danışıb.

Onun sözlərinə görə, bu əsgərlərlə Ukraynaya müdaxilədən az əvvəl müqavilələr imzalanıb və onlar döyüş əməliyyatları zonasına göndəriliblər:

"Dünən döyüş əməliyyatı zonasından müddətlilər çıxarılıb. Onları ya müqavilə imzalmağa məcbur edibmişlər, ya da bu sənədləri onların əvəzinə imzalayıbmışlar. Nəticədə 100 nəfərlik rotadan 4 nəfər sağ qalıb.”

Senator bundan əvvəl həmkarlaırndan soruşub ki, Ukraynadakı Rusiya hərbçiləri barədə məlumatların dəqiqliyini kim yoxlamalıdır.

Narusova bundan əvvəl müddətli xidmətdə olanların döyüş əməliyyatlarında iştirakının qanuniliyi barədə sual vermişdi.

Lyudmila Narusova martın 4-də deyib ki, verdiyi məlumatları “hərbi idarədən” alıb.

O bildirib ki, həmin idarəyə Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarevlə birgə müraciət etmişdi.

Rusiya Müdafiə Nazirliyi müddətli çağırışçıların Ukrayndakı əməliyyatlarda iştirakını danır.

Rusiya qüvvələrinin Nikolayevə girdiyi xəbər verilir

Gün ərzində paytaxt Kiyevdə də atəş səsləri eşidilib, amma mərkəzdən kənarda baş verdiyi bildirilir.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba martın 4-də Rusiya əsgərlərini dinc sakinləri bomba atəşinə tutmaqda, Ukrayna şəhərlərində zorlama aktlarında ittiham edib. Amma iddiasını əsaslandırmayıb.

AzadlıqRadiosu və beynəlxalq agentliklər Kulebanın zorlamayla bağlı ittihamlarını müstəqil təsdiqlədə bilməyib.

Rusiya ordusu Zoporojye AES-i zəbt etdi
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Xerson, Mariupol

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə xarici işlər nazirlərinin iclasından sonra deyib ki, alyans Ukraynada klastr bombalarından istifadə olunduğunu görüb.

Rusiya əsgərlərinin Xersonda şəhər mərkəzinə çatdıqları, ərazini nəzarəti almağa çalışdıqları deyilir. Regional administrasiya bir neçə mobil telefon şəbəkəsinin işləmədiyini bildirir.

Mariupol liman şəhəri “mühasirədədir”, Ukrayna qüvvələri Rusiya qüvvələrinin şəhəri əhatələməsini önləməyə çalışırlar, Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç deyib.

Müşavir Xarkov və Oxtırkanın atəşə tutulduğunu, amma müdafiə olunduğunu qeyd edib.


Arestoviç bu şəhərlərin müdafiə olunmaqla “vaxt qazanıldığı”, Rusiyanın Kiyev daxil digər hədəflərdən yayındırıldığını söyləyib.

Rusiya sərhədinə yaxın Çerniqova hava zərbələrindən sonra ölü sayının 47 nəfəri keçdiyi bildirilir.

Çerniqovda dağıdılmış yaşayış binalarının, yanan neft deposunun fotoları internetdə yayılıb.

Martın 4-də Zaporojyedə Rusiya işğalına qarşı etirazlar keçirilib. Primorsk və Melitopolda minlərlə etirazçının mərkəzi meydana çıxdığı xəbər verilir.

Regional hakimiyyət bildirir ki, Rusiya ordusu Melitopolda yerli teleqülləni mühasirəyə alıb, Rusiya proqramlarını yaymağa başlayıb.

Putin nə deyir

Rusiya Prezidenti Vladimir Putin isə çıxışında Rusiyanın qonşularına qarşı “pis niyyəti” olmadığını deyib.

“Əvvəl dediyimiz kimi, qonşularımıza qarşı pis niyyətlərimiz yoxdur. Onlara gərginliyi qızışdırmamağı, hər hansı məhdudiyyətlər qoymamağı tövsiyə edirəm. Biz öhdəliklərimizi yerinə yetiririk, onlara gələcəkdə də əməl edəcəyik”, – Putin deyib.

Putin ölkələri Rusiya ilə münasibətləri “normallaşdırmağa” çağırıb.

Bu həftə BMT-də qəbul edilən qətnamədə Rusiyanın Ukraynanı işğal etməsi pislənilir.

Kremlin sözçüsü Dmitri Peskov isə rusiyalıarı Purin “ətrafında birləşməyə” çağırıb. Rusiyada müharibəyə qarşı çıxan minlərlə insan saxlanıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsində minlərlə insanın öldürüldüyü güman edilir. Bir milyondan çox ukraynalı qaçqına çevrilib.

Ukraynanın uşaq hüquqları komissarı Darya Gerasimçuk martın 4-də deyib ki, münaqişədə azı 28 uşaq öldürülüb, 64-ü yaralanıb. O, müharibə gedən ərazilərdə 1.5 milyona yaxın uşağın yaşadığını deyib.

***

Rusiyanın Ukraynaya qarşı müharibəsinin 9-cu günü – martın 4-də Rusiya qüvvələrinin Nikolayev şəhərinə girdikləri bildirilir.

Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim deyib ki, “onları Ukrayna hərbçiləri qarşıladı. Döyüş gedir”.

Kim Rusiya hərbi karvanının Baştank şəhərinə də girdiyini, məktəbi tutaraq onun direktorunu güllələdiyini xəbər verib.

Bu gün Ukraynanın ən çox dağıntıya məruz qalmış şəhəri Xarkovdur. Şəhərin mərkəzi və yaşayış məntəqələri raket zərbələrindən dağılıb.

Ukraynanın Müdafiə Nazirliyi müharibənin 8 günü ərzində 9 min rusiyalının həlak olduğunu bildirir. Amma bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya iki gün öncə 500-dək əsgərinin öldüyünü açıqlayıb.

Həftə ərzində Ukraynadan Avropaya 1 milyon qaçqın gəlib
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Həlledici günlər

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bu günün və qarşıdan gələn günlərin Rusiya ilə müharibədə həlledici olduğunu deyib. Onun sözlərinə görə, Çerniqov, Sumı və Xarkovda döyüşlər gedir. Müxtəlif yerlərdə Ukrayna silahlı qüvvələri əks-həmləyə keçiblər.

Zaporojye AES-in vurulduğu cənubda vəziyyət mürəkkəbdir.

Reznikov Ukrayna ordusunun itki verdiyini desə də, dəqiq say açıqlamayıb.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-dən Ukraynaya hücum əmri verib, böyük şəhərləri atəşə tutub. Hazırda bir neçə şəhərin mühasirəyə alındığı xəbər verilir.

XS
SM
MD
LG