Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:43

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
17:05 11.5.2014
Donetsk şəhərində seçki məntəqəsi
Donetsk şəhərində seçki məntəqəsi

Separatçılar referendumda "kütləvi iştirkadan", Ukrayna rəsmilər isə antiterror əməliyyatlarının davam etdiyi haqda xəbərlər yayır. Ukrayna mediasının xəbərinə əsasən Kramatorsk hava limanın rəhbəri naməlum yaraqlılar tərəfindən oğurlanıb.
18:02 11.5.2014
Ukrayna Rusiya ilə viza rejiminin tətbiq olunmasını nəzərdən keçirir.
22:10 11.5.2014
Ukraynanın şərqində separatçılar referendum, hökumət qoşunları isə anti-terror əməliyyatları keçirir. Luqanskdan və Donetskdən separatçılar bəyan edirlər ki, əhali referednumda yüksək fəallıq göstərir. Kiyev isə xəbər verir ki, qanunsuz referednum yaraqlıların istehkam qurduğu məhdud ərazidə keçirilir. Əsas kommunikasıya şəbəkələrinə nəzarət edən hökumət qoşunları separatçıları tədricən zərəsəzlədirir. Belə xəbərlərdən biri də Donetsk vilayətinin Krasnoarmeysk şəhərindən daxil olub. Burada Milli qvardiyanın referendumun qarşısını aldığı bildirilir

Davamı

XS
SM
MD
LG