Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:13

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

YAP: «Türkiyə xalqı və dövlətinin yanındayıq»

«Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin və türk xalqının yanındadır». Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov «Report»a belə deyib.

S.Novruzov hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: «Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir».

YAP rəsmisi əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır: «Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq zaman dəyişib. Yəni hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir».

Səfirlikdən çevriliş açıqlaması

Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: «Hazırda yeganə tövsiyəmiz ondan ibarətdir ki, vəziyyət tam stabitləşənədək vətəndaşlarımız ictimai yerlərdə daha diqqətli olsunlar».

Səfirliyin gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirdiyi vurğulanır.

«Erdoğan-a xəbərdarlıqdır»

Deputat Fazil Mustafa Türkiyədə baş verənləri «perspektivsiz, sadəcə Erdoğan-ı silkələyəcək bir xəbərdarlıq aksiyası» kimi dəyərləndirir.

F.Mustafaya görə, əgər işin başında bilavasitə Baş Qərargah rəisi dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq, bəlkə də, ehtimal oluna bilərdi. Davamı burada

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar artıq işinin başındadır. Bununla bağlı hökumət açıqlama verib.

Davamı

XS
SM
MD
LG