Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:13

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

'Gecəni parlamentin zirzəmisində keçirdik'

«Türkiyə Böyük Millət Məclisinin 100-ə yaxın deputatı ilə birlikdə ötən gecəni parlamentin təhlükəsizlik zirzəmisində keçirdik».

Bunu «Report»a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı Levent Gök deyib.

O, deputatların gecə yaranmış vəziyyətlə əlaqədar parlamentin fövqəladə iclasını keçirmək üçün toplaşdıqlarını bildirib: «Amma mövcud şərait buna imkan vermədi. 7 dəfə ard-arda atılan bombalar nəticəsində binada ciddi dağıntılar var. Türkiyə Böyük Millət Məclisinin tarixində bu görülməmiş hadisədir. Buna baxmayaraq, digər müxalifət partiyalarının təmsilçiləri də daxil olmaqla, baş vermiş hadisələrlə bağlı müzakirələrimizi davam etdiririk».

L.Gök bəyan edib ki, təmsil etdiyi Cümhuriyyət Xalq Partiyası hər zaman ölkədə demokratiyanı dəstəkləyib: «Türkiyə yalnız demokratiya yolu ilə inkişaf edə bilər. Partiya bu prinsipi pozmağa çalışanlara qarşı sərt mövqeyini bildirir».

Baş nazir Binali Yıldırım: 161 şəhidimiz var

Türkiyədə çevriliş cəhdinin önlənməsindən sonra baş nazirin keçirdiyi mətbuat konfransı.

Baş nazir: 161 şəhidimiz var
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Ərdoğan: Ölkəmizi işğalçılara təslim etməyəcəyik

Ərdoğan: Ölkəmizi işğalçılara təslim etməyəcəyik
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Erdoğan-ı vurmaq əmri verən şəxs tutuldu

Dövlət çevrilişinə cəhdlə bağlı dindirilən Dəniz Hava Qüvvələri komandanı, admiral Tezcan Kızılelma saxlanılıb.

Kocaeli Cümhuriyyət Baş Prokurorluğu onun Kartepedəki Dəniz Hava Komandanlığı qərargahında olduğunu müəyyənləşdirib.

Prokuror Mustafa Küçük bildirib ki, Kızılelma Marmaris otelində olan prezident Erdoğan-ın vurulması əmrini verib.

Davamı

XS
SM
MD
LG