Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Tokayev Nazarbayevi tənqid edir


Rusiya hərbçiləri Qazaxıstanda
Rusiya hərbçiləri Qazaxıstanda

Qazaxıstanın Daxili İşlər Nazirliyi ötən həftəki iğtişaşlarla əlaqədar 9 min 900 nəfərin saxlandığını bildirir.

Yanvarın 11-də, Tokayevin təqdimatından bir neçə saat sonra parlament Alixan Smailovu baş nazir postuna təsdiqləyib.

Almatı Şəhər Səhiyyə İdarəsinin rəhbəri Nəriman Tabinbayevin yanvarın 11-də jurnalistlərə dediyinə görə, etirazlar vaxtı 1200-dən çox insan aldığı xəsarətlərə görə tibb ocaqlarına müraciət edib. O, hazırda Almatında xəstəxanalarda 176 nəfərin bu səbəblə yatdığını, üç uşaq daxil 18 nəfərin reanimasiya şöbələrində olduğunu qeyd edib. Tabinbayev xəstəxanalardakı pasiyentlərin daha çox güllə yarası aldığını söyləyib.

***

Tokayev hökuməti devirmək istəyən “terrorçular”ın etirazlardan sui-istifadə olunduğunu iddia edib. Təhlilçilər isə prezidentlə keçmiş lider Nursultan Nazarbayev tərəfdarları arasında hakimiyyət çəkişməsi getdiyini düşünür. Nazarbayev 2019-cu ildə Tokayevi öz varisi seçərək prezidentlikdən gedib.

Prezident yanvarın 11-də ilk dəfə olaraq təhlilçilərin düşündüyünü təsdiqləmiş olub. O deyib ki, “ölkənin birinci prezidentinin hakimiyyəti dövründə çox gəlirli şirkətlər və beynəlxalq səviyyədə tanınmış zəngin adamlar peyda olub”.

“Xalqa məxsus olanı ona verməyin, sistematik kömək göstərməyin vaxtı çatıb. Hökumət bu şirkətlərin Qazaxıstan Xalqı üçün Fonda töhfələrini müəyyənləşdirməlidir”, – deyən Tokayev ölkədə “rəqabəti daraldan” oliqarxları tənqid edib.

Tokayev həmçinin Nazarbayevin kiçik qızı Aliya Nazarbayevaya bağlı “Operator ROP” tullantı emalı şirkətinin bağlanmasına göstəriş verib.

***

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin iki günə ölkədən çıxmağa başlayacağını açıqlayıb.

O, yanvarın 11-də parlamentdə çıxışında KTMYT qüvvələrinin 10 günün içində ölkəni tamamilə tərk edəcəyini deyib. Çıxış televiziya ilə birbaşa yayınlanıb.

Ötən həftə Tokayev zorakı etirazları yatırmaq üçün KTMT-yə müraciət edib, hərbi blok dərhal qüvvə göndərib.

10 minə yaxın saxlanan var

Tokayev bu gün Alixan Smailovu baş nazir vəzifəsinə namizəd kimi irəli sürüb. 49 yaşlı Smailov öncəki hökumətdə baş nazirin müavini idi. Tokayev ölkədə görünməmiş etirazlar vaxtı hökuməti buraxdı.

Etirazlarda azı 163 nəfərin həlak olduğu bildirilir. Tokayev iğtişaşları “dövlət çevrilişi cəhdi” adlandıraraq böhrandan istifadə edib və hakimiyyətini möhkəmləndirib.

Qazaxıstanın Daxili İşlər Nazirliyi ötən həftəki iğtişaşlarla əlaqədar 9 min 900 nəfərin saxlandığını açıqlayıb.

Ötən həftə ölkənin qərbi Mangistau regionunda maye qazın iki dəfə bahalanması etirazlara səbəb olub. Dinc etirazlar sonradan zorakılıqla müşahidə olunub, ölkənin kommersiya paytaxtı Almatıda və digər şəhərlərdə hökumət binaları, mağazalar yandırılıb.

Dəlil

Hakimiyyət hələlik, etirazların arxasında terrorçuların, “əcnəbi döyüşçülər”in durması iddialarını əsaslandıracaq dəlil ortaya qoymayıb. Bəzi şahidlər mütəşəkkil zorakı qrupların dinc etirazlardan istifadə etdiyini deyir, digərləri hökuməti zorakılığı qızışdırmaqda suçlayır.

Tokayev yanvarın 5-də ölkədə fövqəladə vəziyyət elan edərək KTMT qüvvələrini çağırdı. O eyni zamanda hökuməti buraxdı, keçmiş prezident Nursultan Nazarbayevi Milli Təhlükəsizlik Şurasının başçısı vəzifəsindən kənarlaşdırdı.

Prezident Milli Təhlükəsizlik Komitəsinin başçısı, Nazarbayevin adamı sayılan Kərim Məsimovu vəzifədən çıxardı, daha sonra dövlətə xəyanət ittihamıyla həbs elədi. Bir neçə təhlükəsizlik rəsmisi də saxlandı.

Tokayev parlamentə çıxışında vətəndaşları iqtisadi sabitlik üçün işlədiyinə əmin etməyə çalışıb. O, Mərkəzi Banka və maliyyə bazarını tənzimləyən agentliyə göstəriş verib ki, milli valyuta tengeyə inamın artmasından ötrü xarici valyuta bazarında sabitliyi təmin etsin.

XS
SM
MD
LG