Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:48

T.Yaqublu Baş Prokurorluğa çağırılıb


Tofiq Yaqublu
Tofiq Yaqublu

-

Müsavat Partiyası başqanının müavini, yenicə azadlığa çıxan Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilib. Bu barədə məlumatı AzadlıqRadiosuna T.Yaqublunun özü bildirib.

T.Yaqublu deyib ki, 2013-cü ildə ona qarşı cinayət işini aparan müstəntiq Nadir Mirzəyev səhər saatlarında zəng vuraraq baş prokurorun müavini Rüstəm Usubovun görüş istəyini çatdırıb: «Mən indi Neftçalada şəhid məclisindəyəm. Ona görə, ancaq saat 17-də Bakıya gələ biləcəyimi dedim».

Bu danışıqdan sonra görüşün saat 17:00-a təyin olunması razılaşdırılıb.

T.Yaqublu Baş Prokurorluğa vəkilsiz gedəcəyini deyib. Bununla belə, Müsavat başqanının müavini prokurorluğa hansı işlə əlaqədar dəvət edildiyini bilmədiyini deyib: «Niyə çağırılmağım barədə hər hansı ehtimalım belə yoxdur», - deyə T.Yaqublu söyləyib.

T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs edilmişdi. O zaman ona qarşı iğtişaşları təşkil etmə və qanunsuz aksiyalarda iştirak etmə ittihamları irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi. 2016-cı il martın 17-də prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG