Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:37

Bayden Kabil aeroportuna hücuma görə qisas alınacağını deyir


Yaralılar xəstəxanaya aparılır
Yaralılar xəstəxanaya aparılır

Onun sözlərinə görə, ABŞ qüvvələri "İslam Dövləti Xorasan"ı (İŞİD-X) hədəfə alacaq.

ABŞ Prezidenti Co Bayden Kabil aeroportuna intiharçı hücumlarına görə İslam Dövləti qruplaşmasından qisas alınacağına and içir. Hücumlarda azı 13 ABŞ hərbçisi və onlarla əfqan həlak olub, xeyli sayda yaralı var.

“Bunu unutmayacağıq. Unutmayacağıq. Sizi təqib edib buna görə bədəl ödətdirəcəyik”, – Bayden avqustun 26-da Ağ evdən teleçıxışında deyib.

Onun sözlərinə görə, ABŞ qüvvələri İslam Dövləti Xorasanı (İŞİD-X) hədəfə alacaq. Talibana rəqib olan İŞİD-X ekstremist qrupun Əfqanıstan və Pakistan qanadıdır.

“Komandirlərimə İŞİD-X-nın aktivlərini, rəhbərlik və obyektlərini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etmişəm”, – o deyib.

Taliban avqustun 15-də Kabili tutandan sonra Birləşmiş Ştatlar evakuasiyaları bu qruplaşma ilə koordinasiya edir.


Təxliyələr davam edəcək

Bayden deyir ki, bu terror hücumu Birləşmiş Ştatların Əfqanıstandan minlərlə amerikalını, müttəfiqini, riskdə olan əfqanları çıxarmaq missiyasından çəkindirməyəcək.

“Onların missiyamızı dayandırmasına icazə verməyəcəyik. Evakuasiyanı davam etdirəcəyik”, – deyən Bayden son 12 gündə ölkədən 100 mindən çox insanın çıxarıldığını sözlərinə əlavə edib.

O, ABŞ əsgərlərinin avqustun 31-də Əfqanıstanı tərk edəcəyini təsdiqləyərək deyib ki, təxliyələri bir neçə günə yekunlaşdırmağa yetərincə vaxt var. Hazırda ölkədə minədək ABŞ vətəndaşının qaldığı bildirilir.

Prezident hücumda həlak olmuş ABŞ hərbçilərini “digərlərinin həyatlarını xilas etmək kimi təhlükəli və fədakar missiya gerçəkləşdirən qəhrəmanlar” adlandırıb.

Taliban Əfqanıstanı tutandan və ABŞ-ın dəstəklədiyi hökumət iflas edəndən sonra administrasiya xaotik təxliyələtə görə tənqid olunur. Amma prezident dəfələrlə Əfqanıstandan əsgərləri çıxarmaq, Amerikanın ən uzun müharibəsini bitirmək qərarını müdafiə edib.

Taliban Ankaradan Kabil hava limanına texniki dəstək göstərməyi xahiş edib
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Azı 60 əfqan öldürülüb

Dünənki hücumda azı 60 əfqan öldürülüb.

Avqustun 26-da Kabil aeroportunun Abbey Gate ərazisində iki intiharçı hücumu törədilib. Silahlılar dinc şəxslərə və hərbi qüvvələrə atəş açıblar. Darvaza yaxınlığındakı Baron oteli yaxınlığında da hücum baş verib.

İŞİD-X hücuma görə məsuliyyəti götürərək bildirib ki, intiharçılarından biri “Amerika ordusunun tərcüməçilərini və onlarla işləyənləri” hədəfə alıb.

Artıq bir sıra Qərb müttəfiqləri, o cümlədən Kanada, Niderland, Belçika və Almaniya təxliyə əməliyyatlarını dayandırıblar.

ABŞ və müttəfiqləri avqustun 25-də mülki şəxsləri aeroportdan uzaq durmağa çağırmış, İŞİD-X-nın hücum planlaşdırmasına dair kəşfiyyat məlumatı olduğunu demişdilər.

XS
SM
MD
LG