Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Taksi sürücüləri: "Kosmosda dayanaq?"


İllüstrasiya
İllüstrasiya

►“Pul istəyirlər, ancaq pulu alıb sənəd- filan vermirlər. Bizdən alınan pulların hara getdiyini bilmirik. Heç şifahi də izah eləmirlər. Deyirlər, “verməlisən, vəssalam””

“Deyirlər, “girin avtovağzalın içində dayanın, müştərini orda gözləyin”. Avtovağzal avtobuslarla, kiçik maşınlarla doludur, orada maşın saxlamağa yer yoxdur. Onlar qovur, biz qaçırıq. Hara qədər qovacaqlar, biz hara qədər qaçacağıq, bilmirik”.

Qusar sakini Mirzəbala Hacıxanov AzadlıqRadiosuna Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən şikayətlənir.

Deyir, Xidmət işçiləri onun kimi onlarla sürücünün çörəyinə sədd çəkib:

“Heç yerdə iş yoxdur. Hərə bir köhnə maşına göz dikib. Səhər çıxıb gəlib dayanırıq yol kənarında. İmkan vermirlər, elə işləri bizi qovmaqdan ibarətdir. Harda dayanırıqsa, peyda olurlar, deyirlər, “burda dayanma”. Bəs neyləyək, çıxaq kosmosda dayanaq?”

Sürücünün iddiasına görə, Xidmət əməkdaşları ondan və başqa sürücülərdən əsassız yerə pul tələb edirlər:

“DEYİRLƏR, VERMƏLİSƏN”

“Pul istəyirlər, ancaq pulu alıb sənəd- filan vermirlər. Bizdən alınan pulların hara getdiyini bilmirik. Heç şifahi də izah eləmirlər. Deyirlər, “verməlisən, vəssalam””.

Habil Ağasıbəyov rayonun Həzrə kəndindəndir. O da taksi fəaliyyəti ilə məşğul olur. Deməsinə görə, əvvəlki Nəqliyyat Departamentinə həmişə pul ödəyib, indi yeni qurum yaradılması barədə nə onda, nə də sürücü yoldaşlarında məlumat yoxdur:

“Bütün günü azı 15-16 saat dayanıram, 5-6 manat ya qazanıram, ya da yox. Onu da departament işçiləri əlimdən almaq istəyir. Gah deyirlər, “Departament ləğv olunub”, gah deyirlər, “bu işlərə indi başqa qurum baxır”. Heç nə bilmirik”.

___________________________________________________________

Bunlara da bax:
Emin Millinin qaynına 3 il şərti cəza verildi
«Murad Ədilov özü cinayətin qurbanıdır»

___________________________________________________________

SÜRÜCÜLƏRLƏ NƏQLİYYAT XİDMƏTİNİN MƏSƏLƏSİ

Qusar rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə məsələ ilə bağlı belə münasibət bildirilib:

“Bu məsələ sürücülərlə Nəqliyyat Xidməti arasında qanunla həll olunmalıdır. Sürücü şəxsi nəqliyyat vasitəsində nəqliyyat xidməti göstərirsə, nəyə görə ödəniş etməlidir və bu pulu hara ödəməlidir – çalışırıq bu məsələləri aydınlaşdıraq”.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsindən isə bildirilib ki, sürücülərdən rüsum prezidentin 15 fevral tarixli sərəncamına əsasən tələb olunur. Heç kim sürücülərdən əlavə pul tələb etmir. Sürücülərə bu rüsumların ödənilməsi barədə xəbərdarlıq olunub.

Bu ilin martında sürücülər Qusarın mərkəzindəki avtovağzalda eyni tələblə aksiya da keçiriblər.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

XS
SM
MD
LG