Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Sumqayıtda özünü yandıran taksi sürücüsü vəfat etdi


Arxiv foto
Arxiv foto

-

Sentyabrın 20-də, saat 02:00 radələrində özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında özünü yandırıb.

Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə yaydığları məlumatda deyilir ki, Məqsəd Süleymanov naməlum səbəblərdən üstünə benzin töküb özünü yandırıb.

Taksi sürücüsü Sumqayıtdakı «Şəfa» sanatoriyasının yataqxanasında məskunlaşıbmış. Zəngilandan olan məcburu köçkünmüş.

HADİSƏYLƏ BAĞLI FOTO VƏ VİDEO VARSA AzadlıqRadiosuna göndərin

«Həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb, təcili yardım çağırıblar. Məqsəd Süleymanovun yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 15 radələrində həyatını itirib».

Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Sosial şəbəkələrdə yayılan məlumatda deyilir, Süleymanov ölməmişdən əvvəl “məni buna QAİ Ramin məcbur etdi” deyibmiş.

27 yaşlı taksi sürücüsünün iki azyaşlı övladı var.

XS
SM
MD
LG