Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:48

Sorğu: Rusiyalıların 41 faizi sanksiyaların təsirini hiss edir, amma...


Rusiyaya qarşı Qərb sanksiyalarının təsirini daha çox 24-35 yaş arasında olan hiss ediblər

Rusiyalıların 41 faizi ölkə iqtisadiyyatına Ukraynaya qarşı müharibə başlanandan qoyulmuş sanksiyaların təsirini hiss edib.

Xronika müstəqil sosioloqlar qrupunun apardığı sorğudan məlum olub ki, Rusiyaya qarşı Qərb sanksiyalarının təsirini daha çox 24-35 yaş arasında olan hiss ediblər.

Sorğuda iştirak etmiş respondentlər maddi rifahlarının pisləşməsini qeyd edirlər.

Sanksiyalardan ən az təsirləndiyini bildirənlər 23 faiz təşkil edirlər.

Rəyi soruşulanların 39 faizi müharibə dövründə gəlirlərinin azaldığını bildirib.

Bu da bəlli olub ki, ailə gəlirlərinin azaldığını daha çox ən yoxsul təbəqədən olanlar deyirlər.

Respondentlərin 32 faizi baş verənlərlə bağlı depressiya və hətta həyəcan keçirdiyini bildirib.

“Militaristlər” və “pasifistlər”

Bu da qeyd olunur ki, “Xronika” respondentləri şərti olaraq iki qrupa ayırıb.

“Militaristlər” qrupuna Moskvanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyənlər daxildirlər.

“Pasifistlər” isə müharibənin tezliklə başa çatmasını istəyənlərdir.

Birinci qrupa daxil olan respondentləri müharibə ilə bağlı əsasən insanların ölümü və iztirabları narahat edir.

İkinci qrupa daxil insanlar isə əsasən Rusiyanın dünyada təklənməsindən, iqtisadi vəziyyətdən və ölkədə totalitarizmin artmasından narahatdırlar.

Bununla belə müharibənin dərhal və qeyd-şərtsiz dayandırılmasını rəyi soruluanların yalnız 18 faizi istəyir.

Respindentlərin 39 faizi Moskvanın Donbas separatçılarının müstəqilliyinə nail olmasını, 36 faizi isə Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını istəyir.

Respondentlərin 40 faizə yaxını Ukrayna ordusunun tam kapitulyasiyasını gözləmək istədiyini bildirib.

XS
SM
MD
LG