Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

'Sberbank' Avropa bazarını tərk edir


Sberbankın Bosniya-Herseqovinadakı filiallarından birində
Sberbankın Bosniya-Herseqovinadakı filiallarından birində

Bankın 2 mart tarixli bəyanatında bildirilir ki, Sberbank bundan sonra Avropadakı filiallarını pul vəsaiti ilə təmin edə bilməyəcək

Rusiyanın ən böyük əmanət və kredir bankı – Sberbank bildirib ki, Ukryaynaya hücuma görə Rusiyanın üzərinə qoyulmuş sanksiyalar ucbatından Avropa bazarını tərk etmək məcburiyyətindədir.

Bankın 2 mart tarixli bəyanatında bildirilir ki, Sberbank Rusiyanın Mərkəzi Bankının sərəncamı ilə bağlı bundan sonra Avropadakı filiallarını pul vəsaiti ilə təmin edə bilməyəcək:

"İndiki şəraitdə Sberbank Avropa bazarından çıxmaq qərarı qəbul edib. Bankın filialları anormal kapital axını ilə üzləşib, habelə bu filialların işçiləri üçün ciddi təhlükələr yaranıb”.

Sberbank üzərinə sanksiyaları ABŞ, Kanada və Britaniya elan ediblər.

Bu da xəbər verilir ki, Avropa İttifaqı Sberbankı hələki SWIFT bank sistemi ilə əlaqəsi kəsilən banklar siyahısına daxil etməyib.

Sberbank bildirib ki, bütün müştəri əmanətləri yerli qanunlara müvafiq şəkildə sığortalanıb və bank müştərilərinə bütün lazımi ödənişləri etmək iqtidarındadır.

XS
SM
MD
LG