Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

Serj Sarkisyan: 'Bizim azərbaycanlılarla danışacağımız nəsə yoxdur'


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Danışıqların ön cəbhəsində” adlı kitabının təqdimatında
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Danışıqların ön cəbhəsində” adlı kitabının təqdimatında

“Qarabağda və Ermənistanda vəziyyəti yalnız baş danışıqçının dəyişməsi dəyişə bilər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu martın 7-də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

Onun sözlərinə görə bugün nə vasitəçilər, nə də Azərbaycan baş nazir Nikol Paşinyanı ciddi qəbul etmirlər:

“Mən bunu demişəm, yenə də təkrar edirəm. Danışıqçını dəyişmək lazımdır”.

Serj Sarkisyan bəyan edib ki, onun hakimiyyətə qayıtmaq ambisiyası yoxdur və o heç vaxt Ermənistanın danışıqçısı olmayacaq.

Amma o əmin olduğunu bildirib ki, lider dəyişəndən sonra danışıqlar prosesi başqa istiqamətdə getməlidir:

“Bəli, onu kim əvəz edirsə etsin, vəziyyət çox mürəkkəb olacaq, amma fikrimcə bu mümkündür”.

Sarkisyan kitabını təqdim edirdi

Serj Sarkisyan bu bəyanatları martın 7-də öz kitabının təqdimat mərasimində jurnalistlərin suallarına cavab verərkən səsləndirib.

Əslən Azərbaycanın Qarabağ bölgəsindən olan Sarkisyan “Danışıqların ön cəbhəsində” adlı kitabında Ermənistan lideri olduğu on il ərzində etdiyi çıxışları və verdiyi bəyanatları ümumiləşdirməyə çalışıb.

Serj Sarkisyan daha sonra bildirib:

“Əslində biz azərbaycanlılarla danışıq aparmamışıq, biz danışıqları vasitəçilərlə aparmışıq. Çünki bizim azərbaycanlılarla razılığa gələcəyimiz heç nə yoxdur. Çünki onlar istəyirlər ki, hər şey onların olsun, hətta bundan da artığını istəyirlər”.

Xankəndidə Rusiya sülhməramlılarına qarşı aksiya keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

“Ermənistanın Rusiyadan yaxşı müttəfiqi yoxdur”

Ermənistan-Rusiya münasibətlərindən danışarkən keçmiş prezident rusiyayönlü olmadığında israr edib.

Bununla belə o hesab etdiyini bildirib ki, Ermənistanın Rusiyadan yaxşı müttəfiqi, alternativi yoxdur:

“NATO gəlib burada bazamı quracaq? Hər hansı bir Avropa ölkəsinin Qarabağda kontingentimi olacaq? Siz gözəl bilirsiniz ki, mən ümumiyyətlə heç vaxt anti-Avropa olmamışam. Yəni mənim hazırkı iradım NATO-ya və ya Avropa İttifaqına yox, mənə məlum olmayan səbəblərə görə burada aranı qarışdırmağa cəhd edən avantüraçılaradır”.

Xankəndi və Bakı arasında beynəlxalq qarantiyalı dialoqun, Qarabağ üçün beynəlxalq qarantiyaların yaradılmasının mümkünlüyü barədə suala cavab verən Sarkisyan deyib ki, o Bakını cilovlaya biləcək ölkələrin mövcud olmasından əmindir:

“Bir neçə beynəlxalq qüvvə, hətta ayrı-ayrı ölkələr var ki, istəsələr, Azərbaycanı cilovlaya bilərlər”.

Xatırlatma

Azərbaycan 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra Qarabağ münaqişəsini həll etməli olan Minsk qrupuna artıq ehtiyac olmadığını bildirir.

Müharibəyə qədər Bakı və Yerevan arasında danışıqların vasitəçisi məhz ATƏT-in Minsk qrupu idi.

Həmin müharibə nəticəsində rəsmi Bakı Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə Rusiya hərbçiləri yerləşdirilib.

Bir qrup azərbaycanlı dekabrın 12-dən Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirir, Qarabağdakı filiz mədənlərinin qanunsuz istismarına etiraz etdiklərini deyirlər.

Erməni tərəfi Qarabağın blokadaya alındığını desə də, rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG