Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:39
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Ukrayna MAQATE-yə müraciət edib

Ukrayna MAQATE-dən Rusiyanın nüvə texnologiyalarına qarşı sanksiyalar tətbiq etməyi və nüvə ehtiyatlarının beynəlxalq auditini aparmağı xahiş edir. Bu barədə "Energoreforma" xəbər verir.

Beynəlxalq təşkilatların Ukraynadakı daimi nümayəndəliyi (Vyana) Çernobıl AES-in Rusiya silahlı qüvvələri tərəfindən ələ keçirilməsi barədə MAQATE-yə məlumat verib. Ukrayna MAQATE-dən Rusiya Federasiyasının hərəkətlərinə nəzarət etmək üçün xüsusi işçi qrupu yaratmağı xahiş edir, çünki onun "Ukraynaya qarşı təcavüzü və Çernobıldakı fəaliyyətlər mövcud təhlükəsizlik rejimlərinin effektivliyinə şübhə etməyə əsas verir".

Çernobıl Atom Elektrik Stansiyası fevralın 24-dən Rusiya hərbçilərinin nəzarətindədir.

Bir neçə yaşayış məntəqəsini Ruisya hərbçiləri işğal edib

Rus hərbçiləri Luqanskaya, Krımskoye və Markovka kəndlərini işğal ediblər.

Bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Sergey Qayday məlumat verib. O, Severdonetsknin müdafiəyə hazırlaşdığını deyib. Bütün yaşayış məntəqələrində səlahiyyətlilərin yerində olduğunu administrasiya rəhbəri vətəndaşlardan xahiş edib ki, sığınacaqlarda qalsınlar. O, vəziyyətin hər an dəyişə biləcəyini vurğulayıb.

Latviya və Litva da Rusiya təyyarələri üçün hava məkanını bağlayır

Latviya ilə Estoniya hava məkanını Rusiya təyyarələri üçün bağlayır. Bundan əvvəl Çexiya, Polşa və Bolqarıstan da eyni addımı atıb.

Həmçinin Böyük Britaniyanın baş naziri Boris Conson da “Aeroflot” aviaşirkətinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Kiyevdə komendant saatı tətbiq olunur - 17.00-dan 8.00-a qədər. Şəhərin meri Vitali Kliçkonun verdiyi məlumata görə, komendant saatı fevralın 28-i bazar ertəsi səhərə qədər fəaliyyət göstərəcək.

Kliçko, arxiv foto
Kliçko, arxiv foto

Mer həmçinin onu da əlavə edib ki, komendant saatı zamanı küçədə qalan bütün mülki şəxslər təxribat və kəşfiyyat qruplarının üzvləri sayılacaq.

Davamı

XS
SM
MD
LG