Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:39
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Rusiya BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən qətnaməsinə veto qoyub

Səsvermə zamanı Təhlükəsizlik Şurasının 11 üzvü qətnamə layihəsini dəstəkləyib, üçü - Hindistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild qətnamə layihəsinin qəbul edilməməsindən təəssüfləndiyini bildirib və BMT-nin özünün İkinci Dünya Müharibəsindən sonra məhz hazırda Ukraynada gedən müharibə kimi müharibələrin qarşısını almaq üçün yaradıldığını vurğulayıb.

BMT, 25 fevral 2022
BMT, 25 fevral 2022

Ukrayna nümayəndəsi Serhiy Kislitsanın təklifi ilə Ukraynada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya Federasiyası “Ukrayna və Ukrayna xalqı ilə müharibə etmir” və onun “Rusiya xüsusi əməliyyatı” adlandırdığı məqsədə tezliklə nail olacaq. O, qətnamə layihəsini “anti-Rusiya və anti-Ukrayna” adlandıraraq bildirib ki, bu, “yerli Ukrayna xalqının maraqlarına ziddir, çünki o, bu ölkəni faciəyə aparan hakimiyyət sistemini xilas etməyə və möhkəmləndirməyə çalışır”.

O, həmçinin iddia edib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı “mülki əhalinin ölümünə dair heç bir sübut yoxdur”. Rusiya tərəfi iddia edir ki, o, yalnız Ukrayna silahlı qüvvələrinin hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirir.

Fevralın 25-də Axtırka şəhərinin (Sumı vilayəti) hakimiyyət orqanları rus qoşunlarının şəhəri Uraqan reaktiv yaylım atəşi sistemlərindən atəşə tutduqlarını, nəticədə biri uşaq olmaqla, azı 5 nəfərin həlak olduğunu, 20-yə yaxın insanın yaralandığını bildirib. Atışmaya məruz qalan obyektlərdən biri də uşaq bağçası olub (Nebenzya öz çıxışında atəş faktının təsdiqlənmədiyini bildirib).

Zelenski deyir Aİ-yə üzv edilməyin zamanıdır

Vladimir Zelenski İnstaqramda yazıb ki, indi uzunmüddətli müzakirəni birdəfəlik bağlamaq və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici məqamdır.

Rusiyanın Ukraynaya hücumu başlayandan bəri indiyədək 3-ü uşaq olmaqla 198 nəfər həlak olub, 33-ü uşaq olmaqla 115 nəfər yaralanıb.

Bu barədə Ukraynanın Səhiyyə naziri Viktor Lyaşko Facebook səhifəsində məlumat verib. Nazirin sözlərinə görə, ölkədə tibb sistemi fəaliyyətini davam etdirir və Səhiyyə Nazirliyi xəstəxanaların ehtiyacı olan hər şeylə təmin olunması üçün mümkün və qeyri-mümkün hər şeyi edir:

“Bu, müharibə məsələsi olmasa belə, məsələn, COVID -19, o da heç yerə yoxa çıxmayıb və reanimasiyada xəstələrin hələ də oksigenə ehtiyacı var və işğalçılar bizə nə qədər müdaxilə etsələr də, biz tez bir zamanda xəstəxanalara oksigeni çatdırmağa, daşıyıcılarla danışıqlar aparmağa, logistika təmin etməyə çalışırıq ki, hər bir xəstə yardım alır, çünki biz birik və belə də olmalıdır!"

Viktor Lyaşko onu da bildirib ki, fevralın 25-də Xerson bomba sığınacağında atışma zamanı iki oğlan uşağı dünyaya gəlib.

Kiyevdə Lobanovski prospektində - Juliany hava limanından 4,5 kilometr aralıda yerləşən çoxmərtəbəli yaşayış binasına raket düşüb. Zərbə anı müşahidə kameralarına düşüb. İlkin məlumatlara görə, itki yoxdur.

Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, Rusiya ordusunun təxribat-kəşfiyyat qrupları Kiyevdə Dnepr çayının sol sahilinə enməyə cəhd edir.

"Ukrayna hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları sağ və sol sahilləri birləşdirən körpülərə nəzarət edir və körpünü sağ sahil istiqamətində keçməyə cəhd edəcək hədəflərə atəş açmağa hazırdırlar", - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Polşa sərhəd xidməti fevralın 25-də Ukraynadan Polşaya 47,5 min nəfərin daxil olduğunu bildirir.

İtkilər haqqında verilən məlumatlar

Ukrayna əsgəri, Donetski rayonunun Travneve kəndi, 21 fevral 2022
Ukrayna əsgəri, Donetski rayonunun Travneve kəndi, 21 fevral 2022

Ukrayna prezident ofisinin müşaviri Mixail Podolyak istinadə edən Donbass.Realii xəbər verir ki, fevralın 26-ı səhər saatlarına olan məlumata görə, indiyə qədər 3500-dən çox rus əsgəri zərərsizləşdirilib, 200-ə yaxın Rusiya əsgərisə əsir götürülüb. Bildirilir ki, belə bir açıqlamanı Mixail Podolyak "TSN"-nin efirində deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri də 102 tank, 536 zirehli texnika, 14 təyyarə, 8 helikopter, 15 top, 1 BUK hava hücumundan müdafiə sistemini itirib.

Rusiya tərəfi öz itkiləri barədə məlumat vermir.

Davamı

XS
SM
MD
LG