Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:24

Nazir rus dilinin intensiv tədrisi haqda əmr verib


Azərbaycanın 50 ümumi təhsil müəssisəsində rus dilinin intensiv tədrisi davam etdiriləcək.

Təhsil naziri Ceyhun Bayramov dünən, sentyabrın 27-də bununla bağlı əmr imzalayıb.

Təhsil Nazirliyi həmin əmrin mətnini bu gün, sentyabrın 28-də yayıb.

Əmrdə qeyd edilir ki, 2018-2019-cu dərs ilində Bakıdakı 33 orta məktəbdə və iki liseydə rus dilinin tədrisi davam etdiriləcək.

Rus dili bundan başqa Gəncə, Mingəçevir, Sumqayıt, Şirvan, Abşeron, Masallı, Şəki, Şamaxı, İsmayıllı, Zaqatala, Əli Bayramlı, Tovuz, Quba, Qusar, Lənkəran və Saatlı rayonlarındakı bəzi məktəblərdə də tədris olunacaq.

Xatırlatma

Azərbaycanda rus dilinin tədrisi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bir çox mütəxəssislər bunun əleyhinə çıxırlar. Onlar hesab edirlər ki, rus dili dövlət hesabına tədris edilməməlidir.

Rusdilli təhsilin tərəfdarları isə deyirlər ki, bu dil mənbələrə çıxış baxımından çox önəmlidir.

Azərbaycanda rus dilinin tədrisi mövzusuna sentyabrın 27-də Bakıya səfər edən Rusiya prezidenti Vladimir Putin də toxunmuşdu:

“...Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk. Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük. Prezidentin (Azərbaycan prezidenti İlham Əliyevin) haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir”.

XS
SM
MD
LG