Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:39

“Gəlin doğuş vaxtı ölüb, bizdən şirinlik alıblar”


Illüstrasiya
Illüstrasiya

►Abbasovlar ailəsinin həkimlərdən əl çəkmək fikri yoxdur

“Qaça-qaça gəldilər, dedilər, “gözünüz aydın, gəlin doğdu, ananın da, uşağın da vəziyyəti yaxşıdır”. Hələ bizdən şirinlik də aldılar. Sonra da xəbər gəldi ki, Aynurə ölüb”.

Qubada yaşayan Abbasovlar ailəsi iyunun 6-da doğuş üçün rayondakı regional perinatal mərkəzə götürülən Aynurə Abbasovanın doğuşdan sonrakı ölümü ilə heç cür barışa bilmir.

Aynurə ailənin gəlini olub. Qayınanası Pakizə Abbasova deyir, həkimlər doğuşa məsuliyyətli yanaşsaydılar, 25 yaşlı gəlini qucağına ilk övladını alacaqdı:

300 MANATI VERMƏK İMKANLARI OLMAYIB

“Hamiləliyi normal keçib, vaxtlı-vaxtında müayinələrdən keçirdi. Doğuşa qədər özləri də deyirdilər ki, “hər şey qaydasındadır”, bəs necə oldu ki, doğuşdan sağ çıxmadı?”

Pakizə xanımın iddiasına görə, doğuşa görə ondan 300 manat istənilib. Ancaq həkimlərə bu məbləği vermək imkanları olmayıb. O, həmin səbəbdən də həkimlərin ananın həyatı ilə oynadığını düşünür:

“Mən onlara gəlinimi sağlam vermişəm, onlarsa mənə onu ölü qaytarıblar. Buna görə cavab verəcəklər”.

____________________________________________________________

Bunlara da bax:
Kənddə çaqqal sürüylə gəzir
Avropa Birliyində kim nədən narazıdır?

____________________________________________________________

Xəstəxanadan “Qaynar xətt”ə doğuşa görə Aynurə Abbasovanın ailəsindən pul istənilməsi təkzib olunub.

Aynurə Abbasovanın doğuşunun normal keçdiyi, lakin sonradan qəflətən qanaxma baş verdiyini və gənc gəlinin keçindiyini deyiblər.

“XƏSTƏXANADA XƏSTƏ QANAXMADAN ÖLƏR?”

Pakizə Abbasova isə razılaşmır:

“Xəstənin qanaxmasını dayandıra bilməyən həkimə niyə insan həyatı etibar edilir? Necə yəni, qanaxmadan öldü? Xəstəxanadan kənarda qanaxmadan ölən xəstələr üçün deyirlər, “xəstəxanaya gec çatdırıldı, tibbi yardım olunmadı, yolda qanaxmadan öldü”. Bu ki xəstəxanadır. Xəstəxanada da xəstə qanaxmadan ölər? Deməli, qanaxma olub, həkimlər yaxın getməyib”.

Aynurə Abbasovanın ölümü ilə bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

Ölüm faktını Səhiyyə Nazirliyində Doğuşa Yardım Komissiyası da araşdırır.

Aynurə ailəyə ötən il gəlin gəlib. Köçdüyü evin hələ suvağı da tam vurulmayıb. Pakizə xanım bir ocağın sönməsini, bir körpənin qundaqdan anasız qalmasını həkimlərə bağışlamayacağını deyir.​

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında yeni videoları izləyin:

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?
XS
SM
MD
LG